Page 120 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 120
XX əsrin Norveç hekayələri
adına çıxmağın (əlbəttə, əgər buna nail ola bilsəz) nə qədər
kübar və nəcib bir şey olduğunu mətbuatdan oxuyacaqsan.
Qoy Maqdanın kübar rəfiqələri də, sənin klub dostların da
oxu sunlar. Hamının sizə necə arxa çevirdiyini özünüz görə -
cəksiz. Hamı sizin bambılılığınızı ələ salıb güləcək. Səni kölgə
kimi izləyəcəm, məhkəmələrdə süründürəcəm. Sənin hələ
uşaqlıqda ilk dəfə beş ere oğurladığın gündən başlayaraq,
Maqdanın əvvəlcə bank hesablarını araşdırıb sonra evlənmə -
yinə qədər bütün həyat tarixçəni danışacam. Bütün elədik -
lərini və eləmədiklərini danışacam.
– Səni polisə verəcəm! – qardaşı qışqırdı və yumruğunu
qaldırdı.
Paulun dodaqları açarla qurulan kukla kimi tərpəndi,
baxışları qardaşına zilləndi. Belə təəssürat yaranırdı ki, qışqıra -
raq dediyi bütün sözlər və ifadələr iradəsindən asılı olmayaraq
beynində quraşdırılır.
– Mən sənin bu illər ərzində elədiyin bütün fırıldaqlardan,
əmtəə dövriyyəsində vergini azaltmağından, dostlarını ələ
salıb qabaqcadan şərt kəsməyindən danışacam. Bunların
hamısı sənin namərdliyinin və ikiüzlülüyünün sübutudu və
bugünkü hərəkətini izah eləyir. Bil ki, əgər ifadə verməli olsam,
120 qətiyyən heç nəyi gizlətməyəcəm. Yəni məhkəmədə sənin
haqqında dolğun təsəvvür yaranmasına yardım edəcəm.
Hakimlərin qarşısında məmnuniyyətlə and içəcəm.
– Kəs səsini! Sən bunu eləməyəcəksən! Evdəki yaşlı
valideynlərimizi düşün! Bir də düşün ki, bütün bunlar o zaval -
lılara necə təsir edəcək. – Ule qışqırdı.
– Sentimental olma! – Paul avtomat kimi cavab verdi. Üzü
maskanı xatırladırdı, bəmbəyaz olmuşdu və elə bil birdən-birə
xeyli yaşlanmışdı. Burnunun kənarlarından çənəsinə qədər
dərin qırışlar əmələ gəlmişdi. – Öz doğma qardaşını soymağa
qadir olan insanda normal olmayan, patoloji nəsə var. Onu
həmişə sevən qardaşını soymaq...
– Mənimdi, mənimdi! Vəkilim dedi ki, sənin bir azca da
şansın yoxdu... sən ancaq özünü biabır edəcəksən. Cəhənnəm
ol get, nə istəyirsən elə...