Page 117 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 117

Eyvin Bolstad

             – “Səni heç vaxt düşündürmür”, – deyə Paul onun sözünü
          ağzında qoydu. – Bu da Maqdanın saysız-hesabsız uydurmala -
          rından biridi. İndi də onun yanına tələsirsən ki, öz vicdanını ra-
          hatlayasan.
             Qonşu masalarda oturanlar çəp-çəp onlara baxmağa
          başlamışdılar. Ule sıxılaraq stulda büzüşmüşdü. Paul isə əvvəlki
          kimi dik və təmkinlə oturmuşdu.
             – Daha burada qala bilmərik, – Ule küskün halda pıçıldadı, –
          hamı bizə baxır. Nədi, biabırçılıq eləmək istəyirsən?
             – Hiyləgərlik eləmə, əziz qardaşım! – Paul hündürdən
          dedi. – Düzünü de, mənimlə bölüşmək fikrindəsən, ya yox?
             – Buna hələ qərar verilməyib, – Ule sakitcə cavab verdi. –
          Mən düşündüm ki, sənin bütün həvəsin keçib. Həm də sən öz
          payının pulunu verməmisən, bu, vəsaitin dondurulmasıdı.
          Düzü  nə qalsa, mənim də həvəsim keçib. Elə-belə, sırf mara -
          ğım dan, keçən çərşənbə tütün mağazasına girdim. Və əgər lap
          düzünü bilmək istəsən, bütün təşəbbüs Maqdaya aid idi. Əks
          halda, kupon heç göndərilməyəcəkdi. Fərqi anlayırsan?
             – Belə de! Maqda yaxasını qurtarmaq üçün hüquqi əsas
          tapıb, – Paul vəziyyətini dəyişmədən dedi. – Bilirsən, indi hiss
          eləyirəm ki, məsələ heç də pulda deyil. Mənə elə gəlir ki,  117
          aramızdakı nəsə möhkəm, əzəli bir şey məhv olmaqdadı.
             – Hissləri bura qarışdırma! – qardaşı hirsləndi. – Sən özün
          də təpədən-dırnağacan işbazsan. İndicə neçə ailə başçısını
          işdən çıxarırdın. Sənə elə gəlirdi ki, uşağın üzünə şillə vurursan.
          Bəs nə oldu? Yəni, əzizim, bu qədər sentimental olma.
             Paul somnambul kimi yerində yırğalanırdı. Qardaşlar hip-
          noz olunmuş kimi baxışlarını bir-birinə zilləmişdi. Ciddi
          sifətlərində qəzəblə yanaşı, bir ağrı sezilirdi. İkisi də ölümcül
          yaralı heyvanı xatırladırdı.
             – Hə, biz ikimiz də müftəxoruq! – Paul xırıltılı səslə dilləndi. –
          Mənə elə gəlir, bir-birimizi palçığın içinə sürüyürük. Maqdayla
          sən çoxdan – mənim gəlişimi gözləyənədək boğazınıza qədər
          o palçığa bulaşmısız. Elə ki bir parça artıq pay qopartmaq
   112   113   114   115   116   117   118   119   120   121   122