Page 118 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 118
XX əsrin Norveç hekayələri
imkanı yaranır, biz hamımız əsl mənada donuza çevrilirik, bax-
mayaraq ki, bunun şəxsiyyətimizin tənəzzülünə gətirib
çıxardığını da hiss eləyirik.
– Səndən yaxşı keşiş çıxardı, ya da parlament üzvü, –
qardaşı bir az qorxa-qorxa, amma əvvəlki kimi aqressiv tonla
dedi.
Gözlənilmədən stulun yanında yaşlı kelner peyda oldu və
səsinin tonunu endirib:
– Xahiş edirəm, mübahisənizi başqa yerdə davam etdirə -
siniz, – dedi.
– Ol rayt, ol rayt, Stefansen, biz artıq sakitləşmişik – Paul
gözü nü Uledən çəkmədən cavab verdi. Yaşlı xidmətçi ara -
lananda isə yenidən söhbətə davam elədi:
– Haqlısan, qardaşım. Mənim özümü bu avtomatlaşdırıl -
mış zəmanədə necə atardılarsa, mən də ailəsini dolandıran bir
çox adamı o cür küçəyə atdım. Mən tora düşmüşəm, qardaş!
Buna görə də hər şeyə hazıram. Lap ömrümün sonuna qədər
güzgüdə öz üzümə baxmağa cəsarət eləməsəm belə, yenə də
hər şeyə hazıram.
– Artistlik eləmə, – Ule burnunun altında donquldandı.
Üzü ağappaq idi. – Kupon sənin deyil! Maqdanındı, hüquqi,
118 mənəvi – hansı tərəfdən baxırsan bax, onundu. Mən artıq
oyundan imtina eləmişdim ki, Maqda kuponu göndərməyimi
məsləhət gördü. Orada öz adımı yazmağım səhv idi.
– Baxın ha, hesabda yanılmayasınız, – Paul dəyişik səslə
dedi. – Sənin o dükana necə sahibləndiyini bilirəm, məni isə
heç nəsiz qoydun. Biz o dükanı bölməli idik. O vaxtlar sən qa-
nunlara və əxlaqa belə vasvası yanaşmırdın. Nədi, qorxdun,
qardaş? Bütün paxırların açıldı? Hə? Maraqlı dı, sənin kübar
Maqdan buna necə dözəcək? Nəhayət ki, aralarına sıza bildiyi
kübar cəmiyyətdəki yeni dostları nə deyəcək? Hələ sən və
sənin, az qala, dizin-dizin süründüyün klublar? Mənə nə var
ki? Heç vecimə də deyil. Mənimçün hamısı eyni şeydi, təki öz
payıma düşəni alım. Əks halda, doğrudan da, bütün kartları
açıb qoyacam ortaya.