Page 113 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 113
Eyvin Bolstad
– Əslində, heç bir şey, – qardaşı stulda dikələrək cavab
verdi, – mən mağazaya qayıtmalıyam.
Paul əlini yellədi. Yorğun səslə:
– Otur – dedi. – Bu gün, doğrudan da, kefim yoxdu. Bəlkə
də, müəyyən mənada haqlısan. Mən hətta Maqdanın düşün -
düyündən də çox qazanıram. Amma nə qədər qazansam da,
hamısı gedir, xərclərim üfürmə şar kimi böyüyür. Əgər qon -
şunun qızına təzə velosiped alıblarsa, deməli, səninkinə də
eynən ondan lazımdı. Ona təzə palto alıblar, səninkinə də
lazımdı. Məhəllədə yeni motosiklet peyda olubsa, bu, o
deməkdi ki, oğlun (hələ yaxşı ki, sözəbaxan uşaqdı) həyatını
zəhər eləyəcək. Uşaq atasının ona belə bir oyuncaq almağa
imkanı çatmadığına görə həqiqi mənada əzab çəkir. Oğlan,
demək olar ki, atasının belə vecsiz olduğuna görə xəcalət çəkir.
Bax həyatımız belə keçir. Hələ kürk problemi – yəqin ki, bu,
sənə də yaxşı tanışdı və bəlkə də, bu məsələdə başın hamıdan
çox çəkib. İndi məqsəd belədi – kürkün sayı iki (birincisi köhnə
olsa belə) olmalıdı. Bunun nəyə görə olduğunu anlayırsan?
Yox? Xatırlayırsan? Atam tez-tez Norveçin müharibədən və
əzablardan sonra özünə gəlmədiyi zamanlar haqqında tez-tez
danışır. O zamanlar bəzi bambılı adamlar peyda olmuşdu və
döşəməyə iki xalı salırdılar. İndi dəb başqadı – iki kürk, üstəgəl 113
bir də villa, özü də nəyin bahasına olursa-olsun. Şəhərin hansı
tərəfində yerləşməsinin fərqi yoxdu, sənin cümə və şənbə
günləri ora getmək imkanlarının olub-olmaması da vacib deyil.
Villa, torpaq sahəsi, Malyorka, Kanar adaları! Getdikcə daha
çox snobizm miskinliyinə düçar oluruq və bundan utanırıq.
Ölkəmizi turizmin çənginə vermişik və bu rəqabətdə başqa
ölkələrlə ölüm-dirim savaşına giririk, eynən mübarizədən
yarısı sağ çıxan qladiatorlar kimi. Valyuta, valyuta! Geri qal-
mamaq, geri qalmamaq! Əks halda, evdə, nazirliklərdə,
parlamentdə dincliyə son! Hər tərəfdən fəryad eşidilir:
istehsalı artır, ticarəti genişləndir! İndi heç kim ideallar, əqidə,
ali məqsədlər haqqında düşünmür, adamlar təbii insani
duyğularından, hətta əzəli vətən hisslərindən məhrum olublar.