Page 110 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 110
XX əsrin Norveç hekayələri
Bütün günü dinməz-söyləməz piştaxtanın arxasında dayanıb
müştəri gözləməklə məşğulam. Gələnlər də, əsasən, atamın
yaşlı müştərilərindəndi. Vallah, hərdən inanılmaz dərəcədə
çətin olur!
– Qəribədi, – Paul başını bulayaraq dedi, – qoca Yunsen
Tronheymedə deyirdi ki, ticarətin heç olmadığı kimi çiçəklənir
və bu uğurun sirri bunda deyil, inflyasiyadadı.
– Boş söhbətdi! – qardaşı əsəbi halda davam elədi, –
mühasibat dəftərlərimə baxsan, özün hər şeyi anlayarsan.
– Yox, əşşi, nəyimə lazımdı? – Paul təəccüblə dedi və
qarda şının incik sifətinə sınayıcı nəzərlərlə baxdı. Onun düşün -
cəsinə görə, zadəganlıq nişanəsi olan qürurlu ifadə yavaş-
yavaş qardaşının üzündə yerini alırdı. – Ule, nəsə olub? Bəlkə,
Maqda hələ də kübar cəmiyyətin qaydaları ilə ayaqlaşa bilmə -
diyiniz üçün zəhləni tökür? – Paul ağzını büzüb yüngülcə
gülüm sündü. Amma bu dəfə köhnə, sınanmış sivriliyi dadına
çatmadı. Heç bir reaksiya olmadı. Qardaşının üzündə həmişəki
gizli, bir qədər sirli təbəssüm görünmədi.
– Maqdayla işin olmasın. Sən əvvəlcə öz arvadının am -
bisiya larını azalt, – qardaşı sərt halda dedi.
– Yaxşı da! – Paul barışdırıcı tonla dedi, – zarafat-zad başa
110 düşmürsən? İkimizin də arvadı bir bezin qırağıdı. Niyə özün -
dən çıxırsan? Hər şeyə nəzarət eləmək olmur. İndi, kim bilir,
bəlkə də, bizim yarılarımız evdə oturub bizim qaramıza nələr
danışırlar; sənin qızıl saatınla uniforman, mənimsə gəmi
sahibinə bənzər görünüşüm haqqında. Bilirsən, bəzən ikicə
işlək əl tələb olunan dəzgahın arxasında dayanmaq istəyirəm.
Ya da nə bilim, polad lövhələri üzləyərdim. O lövhələrdən gəmi
düzəldərdilər və tərsanədən ayrılıb ucsuz-bucaqsız dənizə
qucaq açanda mən də onu özümünki hesab eləyərdim. Aman
Allah, çox da böyük olmayan, amma davamlı maaşı nə qədər
xəyal eləmişəm. Həmişə sadə, qənaətlə, xüsusi tələbatım ol-
madan və təbii ki, sabahkı günün qayğılarını, nəvələrimin
gələcəyini düşünmədən yaşamağı arzu eləmişəm. Amma indi
qızıl saat və dəbdə olan “uniforma” işçi kombinezonunu