Page 107 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 107
Eyvin Bolstad
mamışdılar və ürəklərində matriarxatın sərt qanunla rının
hökmranlığı davam etməkdə idi. Buna görə də xanım larının
qaşqabaqlı sifətləri onlar üçün barometr olmuşdu. O sifətə
baxanda zərif təbəssüm, öpüş, ehtiraslı gecə payını ala
bilmələri üçün özlərini necə aparmaq lazım olduğunu
müəyyən edirdilər. Bilirdilər ki, nə zaman guya hələ nişanlı
olduğunu, bədənin və ruhun sadəcə gigiyenik funksiyalardan
birini yerinə yetirmədiyini, tam yenilənmə duyğusu yaşadığını
xəyal etmək olar.
Artıq qeyd elədiyimiz kimi, Paul Ulsen burnunun altında
nəsə oxuyurdu. Amma bu melodiya onun şən baxışları,
qayğısız təbəssümü, gur gülüşü ilə uyğun gəlmirdi. Daxili
özünənəzarət hissi Paul Ulseni küçədə gedəndə də dayan-
madan izləyirdi. Melodiyada isə acı, qəmli notlar eşidilməkdə
idi. Hər dəfə uğurlu təftiş səfərindən doğma ocağa qayıdanda
belə olurdu. Bu dəfə də hər şey uğurla başa çatmışdı. Bu işi
də başdan eləmişdi. Növbəti səfərə qədər dincəlmək olardı.
Oxuduğu mahnıda da sətiraltı məna vardı. Maşın qaydasında -
dırmı? Diş həkimindən nə qədər hesab gəlib? Axı bu dəfə
körpü düzəltdirmişdi. İkinci mənzili almağa ümid varmı?
Xərcləri azaldıb böyük qazanc əldə eləməyə, birdəfəyə azad
adam olmağa kömək edəcək bir şey olmayıb ki? O-o-o, onda 107
Paul Ulsen altı ildən bəridi xəyal etdiyi, özünün çox da böyük
olmayan, amma etibarlı müəssisəsini yaradardı. Bu düşüncələr
onu bircə gün də tərk etmirdi, mədəsində sancı əmələ gətirir,
turşuluğu artırırdı. Hələlik bu ağrılar bir qaşıq dərmanın əlində
idi, amma gələcəkdə mədə xorası vəd edirdi. Şansını əlindən
verdiyini (özü də indiki zəmanədə) düşünmək dözülməz idi.
İndi əlində satış dəyərinə malik bileti olan hər kəs doğru gediş
eləsə, təmiz yüzfaizlik gəlir əldə edə bilər. Bu gün hansı kom-
mersant bunu bacarmır? O-o-o, bu lənətə gəlmiş ticarət
aristokratları! Zəli kimi alıcıya yapışıb yoldan keçəndən vergi
toplayan orta əsr feodalları kimi qanlarını sorurlar. Hə, bir
halda ki ağlından belə şiddətlə köhnə məsələlər keçir (bu
söhbətləri hər dəfə yeni həmkarları ilə tanış olanda təkrar