Page 103 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 103
Yuxan Borgen
Birdən anladı. Şübhələndimi? Yox, anladı. Ola bilməz!
Amma belə olduğunu bilirdi. O, telefonun yanından keçib öz
postunu rahatca tərk etdi. Telefonla xəbər gələsi deyil. Girişdə
lampanın saldığı işıq dairəsinin içərisinə girərək sakitcə səslədi:
– Marianna!
Cavab gəlmədiyi üçün təkrar elədi:
– Marianna! Yox, oyun sayılmır!
Cavab gəlmədi. Amma anası bilirdi. Nə qədər qəribə olsa
da, hər şeyi bilirdi və bu da qorxu hissini qovurdu. Düz qaraja
getdi və qapını açdı. Solğun işıq şüası içəri düşdü.
Marianna siçan kimi gizlənmişdi. Yox, o, siçan deyil və
ciyildəməyəcək. O gizlənmişdi, kirpi kimi yumrulanıb qorxu-
dan tikanlarını çıxarmışdı, belini əymişdi və tikanlarının hər
tərəfdən sallandığını hiss eləyirdi. Onu heç kim görməyəcək,
heç görə də bilməz. Axı o, kirpi kimi yumrulanıb. Heç kim onun
gözlərinin içinə baxa bilməz. Gözlərini elə bərk-bərk sıxıb ki,
elə bil ətrafa qırmızı qığılcımlar saçılır.
– Marianna, axı mən səni görürəm.
Qaraj cır-cındırla, yeşiklərlə, qutularla, alətlərlə ağzına kimi
doludu. Marianna ən uzaq küncdə oturub. Sağ əlində tünd
rəngdə nəsə bir şeyi bərk-bərk sıxıb. Anası onu görmür. Bəlkə,
onu iyləyərək tapıb? Anası əlini yavaşca kirpiyə vurur. Tünd 103
rəngdəki şey yerə düşür. Metalın sementə dəyib çıxardığı səs,
sonra isə sakitlik. Uzaqda cib fənərlərinin işıqları oynaşır.
Səslər gecənin qaranlığını yarır. O səslərdə bir ümid var. İsgənə
yerə düşəndən bəri qarajda səssizlik hökm sürürdü.
– Gəl yanıma, Marianna, ana hər şeyi bilir.
Ana hər şeyi bilir. Nəyi bilir? Marianna daha bərk büküldü,
yumağa döndü. İndi onu heç kim görə bilməz. O, daha nə kir-
pidi, nə top, qabığın içindəki möhkəm ləpədi. Qabığın içində
Marianna öz-özünə fikirləşir: anam... nəyi bilir?
– Maşındakı əziyi də bilirəm. Yayda qızdırmalı yatdığını da.
Hansısa qüvvə ləpəni içəridən şişirdir. Qabıq indicə çatla -
yacaq. Amma yox, ləpə daha da kiçildi, daha da bərkləşdi.
Anası nəyi bilirdi ki?