Page 98 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 98
XX əsrin Norveç hekayələri
– Hansı işdə, ana?
– Bu əzik işində.
Əslinə qalsa, anası bunu Mariannaya demirdi. Anası
mətbəxə keçdi. Marianna maşına baxmaq üçün pəncərəyə
yaxınlaşdı və birdən Evelinanı gördü. Pəncərəni taybatay açdı:
– Ey, Evelina, hara belə, bağçaya?
Evelina, doğrudan da, uşaq bağçasına gedir. Əynində
idman kostyumu, kürəyində kokos boyda çantası var.
– Gözlə, gəlirəm.
Marianna həyətə çıxanda Evelina dayanıb maşına baxırdı.
– Sizin maşının arxa qapısı əzilib, – Evelina dedi.
– Atam dedi ki, bunu sənin atan eləyib.
Evelina mübahisə eləmədi:
– Mənimlə bağçaya gedirsən?
– Yox.
– Niyə?
– Evdə işlərim var. Maşının keşiyini çəkməliyəm.
Marianna Evelinanı ötürüb geri qayıtdı. Günəş xəfifcə
yuxarı qalxmışdı. Maşının yaşıl rəngli lak səthindəki cızıqlar
sanki ulduz şəklini alırdı və o ulduz gün işığında par-par yanırdı.
Ulduzun mərkəzindəki ağappaq batıq açıq yaranı xatırladırdı.
98 – Batıq! – Marianna pıçıltıyla dedi.
Anası pəncərədən onu çağırdı.
– Bunu Yensen eləyib! – Marianna südünü içə-içə dedi. –
Mənə Evelina dedi.
– Evelina? Ola bilməz!
– Hə, onun atası eləyib. Mən onu bağçaya yola saldım.
– Doğrudanmı bunu Evelina dedi? Bir də ki, sən niyə
bağçada qalmadın?
– Əziyə görə. Evelina artıq məni maraqlandırmır.
Valideynlər qəhvə içirlər. Anası, hər ehtimala qarşı, ayağını
masanın altında gəzdirir. Marianna orada deyil.
– Sən haqlısanmış. Bunu Yensen eləyib.
– Nə eləyib?
– Maşındakı əziyi deyirəm.