Page 94 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 94

XX əsrin Norveç hekayələri

               qəribədi. Sən də söz danışdın, onlar bir-birinin səsini güclə
               eşidirlər, hərəsi ancaq özünə qulaq asır. Xüsusən də atası
               başqalarını, demək olar ki, heç vaxt dinləmir. Anası nə danışır?
               Sanki bütün dedikləri yalnız onun üçündür ki, atası yenidən
               qızışsın və ürəyindən keçənlərin hamısını deyə bilsin. Elə bil
               qatar gedirdi: “tuk-tuk-tak, tuk-tuk-tak”. Əvvəl anası, sonra
               atası, sonra anası, yenə atası. Yəqin ki, bu söhbəti çoxdan,
               mətbəxdən bura keçməmişdən əvvəl başlamışdılar və atası
               əsəbi halda fısıldayaraq çubuq çəkməyə başlamışdı. Marianna
               bunu da süfrənin altından görür. O hətta görmədiyi şeyləri də
               görür. Səsləri eşitməsi kifayətdi, o saat mənzərəni bütünlüklə
               təsəvvür eləyir. Atasının əli və o əlin tutduğu kibrit çöpünün
               sayrışan şöləsi atasının çubuq çəkdiyinin sübutu idi.
                   Anası deyir:
                   – Axı, əzizim, bu əzikdən ötrü ömürboyu hirslənmək olmaz.
                   “Ömürboyu!...” – atası acıqla çubuğu yelləyir (“Lap dirijor
               kimi eləyir – Marianna fikirləşir, – eynən orkestr dirijoru kimi”),
               – cəmi bir həftə keçib, bircə həftə, yeri gəlmişkən, bu gün düz
               bir həftədi. Səhər heç nədən şübhələnmədən həmişəki kimi
               evdən çıxıram, maşına oturmaq istəyirəm və birdən nə
               görürəm... bu... özün də bilirsən... bu əziyi. Sən də deyirsən
         94    “ömürboyu”... Sənə qalsa, maşının qapısındakı əzik boş şeydi.
               Elə danışırsan ki, guya belə bir əzik, ümumiyyətlə, olmayıb və
               yoxdu.
                   – Doğrudu, biz bunu artıq müzakirə eləmişik. Maşının -
               sığortası var, amma pul verəcəklərmi, orasını deyə bilmərəm.
                   – Bircə bu çatmırdı. Axı məsələ heç də bunda deyil. Əsas
               məsələ pul deyil, başqa şeydi. Əlbəttə, bir o çatmırdı ki, pulu
               ödəməkdən imtina eləsinlər. Amma əsas məsələ odu ki, bunu
               kimin və niyə elədiyini bilmək istəyirəm.
                   – Bunu eşitmişəm. Deyirsən bir həftə keçib? Amma mənə
               elə gəlir ki, yarım il keçib. Bu əzik haqqında həddən artıq çox
               danışırsan. Arıqlamısan, rəngin solub, yeməkdən kəsilmisən.
               Belə şey olar? Xırda bir məsələ üçün bu qədər üzülmək nəyə
               lazım?
   89   90   91   92   93   94   95   96   97   98   99