Page 92 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 92
Yuxan Borgen
(1902–1979)
Kristianiyada doğulub. Ədәbi fәaliyyәtә jurnalist kimi
başlayıb, felyetonlar yazıb. 1925-ci ildә “Zülmәti qarşı -
layarkәn” adlı ilk hekayәlәr toplusu nәşr olunub. Norveçin
işğalı zamanı antifaşist mәqalәlәrinә görә gestapo tәrәfindәn
hәbs olunan yazıçı mәhbus hәyatı barәdә “Qrinidә keçәn
günlәr” (1945) kitabını yazıb. Müharibәdәn sonrakı illәrdә
“Friheten” adlı kommunist qәzetindә teatr şәrhçisi işlәyib.
Ən sanballı әsәri sayılan “Kiçik lord” (1955), “Qaranlıq
mәnbәlәr” (1956) vә “O artıq әlimizdәdir” (1957) trilogiyası
faşizmlә barışmış burjua ziyalısından bәhs edir. 1974-cü ildә
çap olunan “Örnәk” romanına görә bir sıra әdәbi mükafat-
lara layiq görülüb.