Page 88 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 88
XX əsrin Norveç hekayələri
yəni yol bitənə qədər getsin. Məsələni birdəfəlik çürütmək
lazımdır!
Amma Qrenlandiyanın buzlaqlarında o qədər yaralı ayı
dolaşır ki! Bəli, onların sayı kifayət qədərdir. Lakin onları
yaralayan güllə Haldor İversenin tüfəngindən çıxmayıb. Bəs
okeanda kürəyinə qarpun batırılmış nə qədər balina üzür?
Yaralı marallar dağlarda gizlənir, yaralı sığınlar isə meşənin
dərinliklərinə baş vurur. Yaralı quşlar qanad çalıb uçmağa
çalışır, amma bacarmırlar. Ov zamanı o qədər ürək dağlayan
hadisələr baş verir ki! Lakin Haldor təbiət qarşısında heç vaxt
məsuliyyətini itirmirdi.
Bir neçə saatdan sonra artıq neçənci dəfə idi ki, oyandı,
yuxusu qaçmışdı. Ayı ilə görüşü barədə düşünməyə başladı.
Yataq kisəsindən çıxıb içində əridilmiş qar suyu olan qazançanı
sobanın üstünə qoydu.
– Ağıllı ayıya nə düşüb ki, qəfildən adama hücum etsin?
Haldor İversen özü də əlində silah olanda təhlükəli ovçuya
çevrilir. Zəhmət olmasa, de görüm, belə axmaq ideya sənin
ağlına necə gəldi? Yəni aclıq güc gəlib? Əlbəttə, mart gələndə
Qrenlandiyada yemək tapmaq çətinləşir, ona görə də sənin
88 təbii istəyində qeyri-adi heç nə yoxdur. Ağına-bozuna bax-
madan, nə gəldi, ötürməyə hazırsan. Ancaq inan ki, mənim
ətim çox dadsızdır. Bunu çox gözəl bilirdin! Deməli, mənə
hücum etməyinin tamam başqa səbəbi vardı. Gəl bu səbəbi
araşdıraq.
Haldor uzaq yola hazırlaşırdı. Bir, bəlkə də, iki gecə çöldə
yatacaqdı. Eybi yox, buna adət edib. Hər ehtimala qarşı, özü
ilə primus, daha bir isti kürk götürdü. Ancaq səfəri cəmi üç
saatdan sonra başa çatdı. Tale üzünə gülmədi.
Zibillik vadisini geridə qoyandan sonra Haldor dərhal
istiqaməti dəyişib Makkenza burnundan şərqə doğru uzanan
buzlaqlara üz tutdu. Dünən axşam yaralı ayını axtardığı yerə
ən yaxın yol buradan keçirdi. Amma yarım saatdan sonra Hal-
dor qarın üzərində təzə qan izlərinə rast gəldi. Bu izlər