Page 86 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 86
XX əsrin Norveç hekayələri
onsuz da, kraliça çoxdan haqq dünyasındadır. Amma möcüzə
baş versəydi və kraliçaya burada kiçik fincanda qəhvə içmək
nəsib olsaydı, bəlkə də, Haldorun günahından keçərdi.
Belini büküb daxmaya girdi, lampanı yandırdı. Ağ neft hələ
qızmadığı üçün zəif işıq saçırdı. Bununla belə, Haldor da hər
axşam Arktikanın bütün rayonlarında, bütün Şimal sakinlərinin
gördüyü işlə məşğul olmağa başladı.
Balaca sobaya bir az odun qoydu. Ağ neft şüşəsinin ağzını
qapaq əvəzinə kibrit qutusu ilə örtmüşdü. Kibriti götürüb
şüşədəki ağ neftdən odunların üstünə səpdi. Əlləri donmuşdu,
sözünə baxmırdı. Kibrit çöpünü yandırıb atdı, soba alovlandı.
Sonra içində donmuş marqarin yağı olan tənəkə qabı sobanın
üstünə qoydu, tüstü borusundan isə nəm çəkib tamam
islanmış qara çörək asdı. Daxmadan çıxaraq xizəkdən içinə
ərzaq yığılmış qutunu və yataq kisəsini götürüb içəri keçdi.
Yenidən qayıdıb daş kimi bərkimiş qardan yekə bir parça
kəsərək daxmaya qayıtdı, tənəkə qabı götürüb döşəmənin
üstünə qoydu, sobanın yuxarı tərəfindəki kisədən kömür
çıxartdı. İçinə qar yığdığı qazançanı oda tərəf çəkdi. Qar
əriyənədək qəlyan tüstü lətdi. Sonra lilli sudan fincan-fincan,
86 acgözlüklə içməyə başladı.
Şimal sakini şaxtalı havada ağır gün keçirəndən sonra
sobanın yanında oturub əritdiyi qarın suyunu içəndə hədsiz
ləzzət alır. Düzdür, Kraliça Sofya vadisində yaşayan adam gərək
tez-tez ağzını, xüsusən də dilinin üstünü fırçalayıb qum
dənəciklərini təmizləsin. Amma bu, hələ işin hamısı deyil.
Qumu tüpürür, gil isə ağzına, dişlərinə yapışıb qalır. Allah bilir,
gillə qarışıq boğazına daha nələr gedir?
Belə daxmanın iki metr eni, iki uzunu və elə bir o qədər
də hündürlüyü var, bəzən bundan da alçaq düzəldirlər. Otaq
qızana qədər iyirmi dəqiqə keçir, indi kürkü soyunmaq olar.
Qar əriyib suya dönüb, onu qəhvə qabına tökürsən, marqarin
və çörək artıq yumşalıb, balaca güc versən iti bıçaqla kəsə
bilərsən. Bir-iki, hətta beş bifşteks qızartmaq, yaxud iki-üç
kəklik qızartmaq istəyirsənsə, sobanın hazır hala gəlməsi üçün