Page 83 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 83
Yun Gever
Haldorun qeyri‐adi ovu
aldor buz bağlamış körfəzdə ayı vurmuşdu – Mak -
Hkenza burnunun lap yaxınlığında, sıldırım qayalıqların
altında.
Hadisə mart ayında, axşamçağı baş vermişdi. Hava qa -
ralmışdı və hədəfi dəqiq nişan almağa ümid o qədər də bö yük
deyildi. Bununla belə, Haldor dilxorçuluqdan və heyrətdən bir
müddət özünə gələ bilmədi, çünki ayı ondan təxminən otuz
doqquz addım aralıda idi və Haldor heyvanın düz sinəsini nişan
almışdı. Güllə ayının sol çiyninə dəymişdi. Yəqin, sümüklərini
xıncım-xıncım eləmişdi.
Haldor ayını vurmaya bilməzdi, çünki heyvan düz üstünə
gəlirdi. Onsuz da, istənilən halda, atəş açmağa məcbur idi.
Çünki qış mövsümündə vurulmuş beş-altıyaşlı ayının dərisi
üçün təxminən iki yüz kron verirlər. Ona görə də qarşına ayı
çıxdısa, gərək düşünmədən atasan. Üstəlik, Haldor onu
vurmağa məcbur idi.
Güllə ayının bədənini deşəndə Haldor özünə bəraət
qazandırmaq üçün belə düşünürdü, sonra heyvan iki ayağı
üstə qalxdı. Sağ pəncəsi ilə yarasını örtdü və dərhal da 83
müvazinətini itirib yıxıldı, buzun üstü ilə sürüşdü. Nərildəyib
yaranı didirdi, adətən, yaralı ayılar belə edirlər. Nəhayət,
sıçrayıb üç pəncəsi üzərində yerindən götürüldü, buzlaqların
arasında gözdən itdi.
Haldor ona tərəf iki dəfə də atəş açdı, amma güllələr boşa
çıxdı. Özünü məzəmmət eləyib tüfəngin nişangah və lüləsini
yoxladı. Silahın ucu qırov bağlamışdı, soyuq havada tüfəngi
çiynində gəzdirəndə lülənin ucu tərdən qırov bağlayır, yəni
bədəndən çıxan buxar soyuq metala dəyib qırov əmələ gətirir.
Bu səbəbdən də hər üç güllə istiqamətini dəyişib sağa doğru
uçmuşdu.
Haldor nişangahı silib güllə atdığı məsafəni addımla ölçdü.
Buzun üstü ilə otuz doqquz, qanı axan ayının gözdən itdiyi buz -
laqlara qədər isə daha əlli addım saydı!