Page 80 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 80
XX əsrin Norveç hekayələri
Axır ki, arzusuna çatmış, qisasını almışdı. O artıq bütün
hesablamalarını aparmışdı. Səksən yaşına çatsa da, sağlam idi,
yaddaşı pozulmamışdı; fru Halvorsenin dediyinə görə, Tanrının
mömin bəndəsiydi.
Sonuncu Milad bayramında uşaq kimi sevinirdi. “Qoca
qarğa, – öz-özünə danışırdı, – altmış yaşın var. Ördək kimi yan
basa-basa yeriyirsən. Hanı o gözəl ayaqlar, yaraşıqlı əndam?
Bəs sənin bankirin nə fikirdədir? Əcəb olur sizə! Ha-ha!”
Pəncərənin önündən alman əsgərləri keçib-gedirdi. Kon-
radsen onların alman olduğunu bilmirdi. Doğrudur, eşitmişdi
ki, almanlar haradasa kimisə güllələyiblər. 1903-cü ildə
arvadını oğurlayan o nadürüstü də güllələsələr, nə yaxşı olardı!
Milad axşamı o, vacib görkəm alıb ağır-ağır Karl-Yuhan
küçəsində gəzişir, vitrinlərə göz gəzdirirdi ki, görsün bayram
süfrəsinə daha nə almaq olar? Mağazalarda əvvəlki bolluqdan
əsər-əlamət qalmamışdı, ona elə gəlirdi ki, camaat da
dəyişilib. Yəqin, ona görə ki, həyatda heç bir məqsədləri yox
idi. Ətrafda çoxlu əsgərlər dolaşırdı. Bu da onun xoşuna
gəlmirdi, amma bilmirdi niyə?
O, xırdavat mağazasının qarşısında ayaq saxlayıb qiy -
mətlərlə maraqlandı. Rəqəmlərə göz gəzdirdikcə nəşələnir,
80 kefi kökəlirdi. Çünki bütün həyatı – Annelizanı və onun sev -
gilisini nəzərə almasaq – yalnız rəqəmlərdən ibarət idi. Tələs -
mədən oxumağa başladı: 40; 3; 37; 80…
– Düz deyil, – ucadan dedi. – Səhv buraxıblar. Burada…
Birdən çəliyi əlindən düşdü, alt çənəsi sallandı. Vaxtilə
Konradsenin yüngülməzac mahnı oxuduğunu eşidəndə fru
Halvorsenin açıla qalan ağzı kimi. Birdən-birə səntirlədi. Güclə
eşidilən səslə nəyəsə etiraz etmək, narazılığını bildirmək istədi.
“Yox” sözünə bənzər nəsə dedi. Amma bu, vitrinə yapışdırılmış
yarlıqların üzərindəki qiymətlərin vecinə də deyildi. Konradse -
nin “yox” deməsi heç nəyi dəyişdirmədi. O, tirtap yerə sərildi.
Bayram günlərindən sonra “Morqenbladet”də xırda
hərflərlə yazılmış on iki sətirlik yazı çap olundu. Yazı keçmiş
idarə başçısı Yosef Konradsenə həsr olunmuşdu. Hörmətli