Page 78 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 78

XX əsrin Norveç hekayələri

                   Bir dəfə Afrika fili
                   Ura!
                   Kef edirdi Babilistanda
                   Ura!
                   Fru Halvorsen üçün bütün bunlar mənasız söz yığını idi,
               onun yerinə kim olsaydı, bu sözlərdən heç nə başa düşməzdi.
               Amma fru Halvorsen mahnının mənası haqqında fikirləşmirdi,
               sadəcə dinləyirdi:
                   Axı pozğun Babilistan
                   Ura!
                   Kef çəkməli yerdir
                   Ura!
                   Fru Halvorsen elə bilirdi ki, cənab Konradsen ciddi, hörm ə -
               təlayiq adamdır, orada-burada çaxır şüşələri gizlətməyi,
               ədəbsiz mahnılar oxumağı ağlına da gətirməz. Amma kişi -
               lərdən baş açmaq olur ki. Axşam uşaqlar yatandan sonra qadın
               hər şeyi açıb ərinə danışdı.
                   – İşə bax! İndiyəcən onu vicdanlı, dürüst adam bilirdim!
                   – Necə yəni? – alt paltarda çarpayıda oturub, şalvarın
               aşırmasını əlində tutan Halvorsen soruşdu. – Məgər o, dürüst
               adam deyil?
         78        Təbii ki, əri onun sözlərini başqa yerə yozmuşdu. Çünki
               arvadı artıq onu elə həddə çatdırmışdı ki, bu vəziyyətdə kişilər,
               adətən, qonşu arvadlara göz yetirməyə başlayırlar. Həm də
               kişilər çox şeyi baş-ayaq başa düşürlər, çünki təxəyyülləri
               kasaddır. Bu mənada Halvorsen başqa kişilərdən seçilmirdi. O,
               əlavə heç nə demədən, maraqla hadisələrin davamını gözlə -
               məyə başladı. Belə de! Deməli, Konradsen düzgün adam
               deyilmiş! Halvorsenin özü düzgün adam olmaqdan bezmişdi.
               Amma Konradsen! Əlindəki aşırmanı oynada-oynada arvadına
               baxırdı. O, necə deyərlər… bir qədər… hə, optimist adam idi.
               Opti mist kişilər isə arabir əylənməlidir. Amma o, aşırı dərə -
               cədə optimist kimi ad çıxarmaqdan qorxurdu.
                   Bax, arvadı Konradseni pozğun adlandırır. O neyləyib axı?
               Deməzsənmi, bir ağız ədəbsiz mahnı oxuyub! Şəxsən Halvor -
   73   74   75   76   77   78   79   80   81   82   83