Page 74 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 74

XX əsrin Norveç hekayələri



                         Qisasçının Milad bayramı


                      vlənəndə onun iyirmi, ərinin isə qırx yaşı vardı. Hazırda
                   Ebelə evliliklərə az-az rast gəlinir. Amma yüz il əvvəl bu,
               adi hal idi. Ehtimal etmək olar ki, yüz əlli il bundan qabaq
               kişilər özlərindən otuz yaş kiçik qızlarla evlənirmiş. Dəyi -
               şikliklər göstərir ki, insanlar get-gedə ağıllanır, müdrikləşir.
                   Yozef Konradsen artıq qırxyaşlı cavan deyildi. Annelizayla
               üç il evli olmuşdular. Boşananda onun qırx üç, Annelizanın isə
               iyirmi üç yaşı vardı. Bu rəqəmləri yadda saxlayın, çünki bu
               rəqəmlər olmadan əhvalatı yerli-yataqlı danışmaq mümkün
               deyil. Olmuş əhvalatdır. Boşanmadan (bunu “boşanma”
               adlandıraq) sonra onlar düz otuz yeddi il, bir dəfə də olsun,
               görüşməmişdilər. Anneliza bankda işləyən hansısa dələduza
               qoşulub Minnesotaya qaçmışdı. Yosef Konradsen utan -
               dığından, yer yarılsaydı, yerə girərdi, hirsindən cilov gəmirirdi.
               Konradsen belə yaşayırdı. Anneliza haqqında isə heç nə
               məlum deyildi, ona görə də onun həyatı haqqında suallara
               cavab verə bilməyəcəyik.
                   Yosef Konradsen Annelizaya ürəkdən nifrət edirdi. Yalnız
         74
               cavan arvadının hiyləsinə tuş gəlmiş, xəyanəti ilə üzləşmiş yaşlı
               kişilər belə nifrət eləyə bilər. İllər keçir, amma onun nifrəti
               azalmırdı, çünki Annelizanı sevirdi. Kələkbaz bank işçisinə
               qoşulub qaçan Anneliza özündən iyirmi yaş böyük olan ərini
               ömürlük əzaba düçar etmişdi. Heysiyyəti tapdanmış, utan -
               dığından, başını qaldırıb adamların üzünə baxa bilməyən Kon-
               radsen hirsindən boğulur, özünə yer tapmırdı. Bu sevgi bütün
               həyatını alt-üst etmiş, rahatlığını əlindən almışdı.
                   Gecə-gündüz fikirləşirdi ki, o, arvadından çox yaşlıdır,
               qocadır, insanlar onu lağa qoyur, ələ salıb gülürlər. Bu fikirlər
               ona əzab verirdi. Amma iki-üç ildən sonra birdən-birə sakit -
               ləşdi. Ağlına gözəl bir fikir gəlmişdi. Adətən, belə olur: bəzən
               biz çıxılmaz vəziyyətə düşəndə təxəyyülümüz köməyə gəlir,
               onda artıq özümüzü bədbəxt hiss etmirik.
   69   70   71   72   73   74   75   76   77   78   79