Page 72 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 72
XX əsrin Norveç hekayələri
Bununla belə, mətbuat qarətçilərin, fırıldaqçıların, seyf
oğrularının ətrafında qeyri-sağlam ajiotaj yaradır, lazımsız hay-
küy qoparır.
Oğru böyük ola bilməz. Hər bir cinayətkarın xırda, yaramaz
ölçüləri var.
– Siz bu son dərəcə sadə faktın əsaslandırılmasında mənə
kömək edə bilərsinizmi? – axırda soruşdu və yastı sifətində
birdən-birə çox qəribə, insani bir ifadə yarandı. Təzə meyar.
Ona heyrət içində baxırdım. Ağıllı gözləri vardı. Lifti asan -
lıqla, ustalıqla idarə edərək adamları aşağı-yuxarı, mərtəbə -
dən mərtəbəyə daşıyırdı. O, mahir liftçi idi.
72