Page 67 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 67
Ernst Orvil
O, saymazyana tərzdə qımışdı. Yazıçılar öz kitablarıyla necə
mürəkkəb oyun aparırlarsa, cinayətkarlar da öz cinayətləri ilə
eyni oyunu oynayırlar.
Ondan ötrü cinayət yalnız mahiyyəti anlamaq üçün vasitə
idi, necə ki yazıçı üçün bu işi kitab görür. Park hələ də adamsız
idi. Gündoğan tərəfdən iliyə işləyən soyuq külək əsir, yağış
çisələyirdi.
– Həqiqətən, radikaldır.
Adam bunu deyib tapançanı böyrümə dirədi.
Beynimdə bir qədər səthi şəkildə düzüb-qoşduğum
xəyalların öz real təsdiqini belə tezliklə tapmasına əvvəlcə
ürəkdən sevindim.
– Bir halda ki əlli kronu belə asanlıqla verə bilirsiniz,
deməli, üstünüzdə bundan xeyli çox pulunuz var.
Yazıçıların öz kitablarında cərəyan edən hadisələrin fəal
iştirakçısına çevrilmələri az olmur. Bu adam cinayətkarların
məntiqi təfəkkürdən məhrum olması barədəki nəzəriyyəmi
tapançanın köməyi ilə bir andaca heç eləməyə hazırlaşmışdı.
Mən pis oyun zamanı sifətimə özündənrazı ifadə verib dedim:
– Siz mənim qalstukumu hökmən alacaqsınız. Mən onu
Florensiyada seçib almışam. Florensiya Arno çayının – yaşıllıq
içindəki füsunkar Arnonun sahilində yerləşir. 67
Və dərhal da ona İntibah dövründən, XV əsrin 80-ci
illərində baş vermiş sui-qəsdlərdən və canını güc-bəla ilə qur -
tarıb xilas olmağı bacarmış Lorenso Mediçi barədə danışmağa
başladım.
– Hələ Savonarola adlı rahib də Florensiyada yaşamışdı, –
dedim.
– Nə?
– Rahibin adı Savonarola idi, Dominikan kilsəsinə mən -
subdu.
Yad adam güldü.
– Gülüş məntiqin qatı düşmənidir, – dedim. – Savonarolanı
ton qalda yandırmışdılar, deyəsən, min dörd yüz doxsan sək -
kizinci ildə.