Page 65 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 65
Ernst Orvil
– Bu, sizin qulaqlarınızdan bəllidir.
– İncilin oxunuşu – amansız şeydir. Mən “Əhdi-ətiq”i xoşla -
yıram. Qisasdan xoşum gəlir. Əsl kişi qisasından.
– O nə olan şeydir?
Adam üzümə şübhəli nəzərlərlə baxdı, özü də elə çox
baxdı ki, sifətim uzandı və mən baxışlarımı ağacların çılpaq
təpələrinə tərəf döndərdim; yay artıq özünün əsl mənasını
itirmişdi. Bu arada soyuq gün sürünə-sürünə boş parka girirdi.
Fikirləşdim ki, qədim küçələrinə nəğmə kimi yayılmış
yazçağı Florensiyada aldığım qalstuku çıxarıb ona bağışlayım.
Yad adamın qalstuku yox idi, mən də özümünkünü ona
vermək qərarına gəldim. Kim istəməz ki, hərdən cənab
Tanrının roluna girib, başqaları tərəfindən korlanmış nizamı
qaydaya salsın. Bu adamın hərəkətlərində nəsə namünasiblik,
hətta deyərdim ki, məhkumluq vardı.
Birdən-birə içimdə bir tələbat yarandı: yad adama bildir -
dim ki, uşaq olarkən mən xoruz kimi banlamağı baca rırdım.
Onun sifəti dartılıb uzandı. Belə qənaətə gəldim ki, o,
təpədən-dırnağacan cürbəcür komplekslərlə doludur.
– Yəqin, sizin uşaqlığınız çətin keçib, – dedim. – Buyurun,
həyata yenidən başlamağınız üçün bu da sizə otuz beş kron.
O, ötüb-keçən yayın axırıncı quşunun ardınca əl elədi, 65
çünki quşda həyat əlaməti vardı. Özü də əlini quşun azad
qanadlarının ahəngində yellədirdi.
– Otuz beş kron da puldur, – acıqla dedim. – Bir çox mil -
yonçular sıfırdan başlayıblar.
Bu cür kəşfi qulaqardına vurdu. Deyəsən, bu səhərçağı o,
heç yerə tələsənə oxşamırdı. Və ona bildirdim ki, mənim
həyatım da mənasını itirib.
– Otuz beş kron! – o, qəzeti üzünə tutub gülümsündü.
Amma mənim bu sarsaq qəzeti oxumağa zərrə qədər
həvəsim yox idi. Gecəni pis yatmışdım və bu bədbəxt adama
əbəs yerə vaxt sərf etmək istəmirdim.
– Heç də bütün səhərlər gözəl olmur, – nəsihətamiz tərzdə
dedi.