Page 68 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 68
XX əsrin Norveç hekayələri
Və qəfildən ağlıma gəldi ki, ola bilsin, Savonarolanın
ölümü məni ölümdən qurtaracaq.
Səhərin havasına sanki qara ölüm xofu çökmüşdü.
Yaxınlaşan sonluq bu anları zəhlətökən dramatik tona
boyayırdı.
Yad adam daha mənim küfrümə heç bir reaksiya vermirdi.
Başa düşdüm ki, burada nəsə ayrı iş var.
İçimdə həyat eşqi qaynayıb-daşırdı, özü də son dərəcə
heyrətamiz şəkildə qaynayıb-daşırdı.
Damarlarımda o qədər qaynar qan axırdı ki, gəl görəsən.
Amma birdən – heç nə... Ürəyim isə hey çırpınır, çırpınırdı.
Ağzıma bir şey atmaq, nəsə çeynəmək üçün əlimi cibimə sox-
dum. Nəsə adi şey – məsələn, tütün. Yaranmış vəziyyətdən
çıxış üçün nəsə bir şey fikirləşib tapmağa çalışırdım. Mənim
bu əziz, bu adi, bu bəsit həyatım, deyəsən, özümdən uzaqlaşır,
getdikcə daha çox uzaqlaşırdı.
– Pulu bəri verin görüm!
Olanım elə bu əlli kron idi və bərk qorxurdum ki, mənə
inanmasın. Parkda atəş. Sərsəm birisinin təsadüfən açdığı
atəş. Polislər. Ola bilsin, yağışdan islanmış nataraz köpəklərlə
gəlsinlər. Amma artıq gecdir. Yağış izləri yuyub. Onda bu
68 zəhmət nəyə gərəkdir? Güllə mavi rəngli qurğuşun amulet
kimi ürəyə işləyib...
– Olarmı alnımın tərini silim? – soruşdum.
Susurdu.
– Yeri gəlmişkən, “Əhdi-ətiq”də bu barədə bircə kəlmə də
yoxdur, – mən ümidsizcəsinə dedim. Nəfəs almağım çətinləş -
mişdi, sanki güllə artıq ciyərlərimi deşmişdi.
– Siz keşişsiniz? – soruşdu.
Özümü ələ aldım, fikirləşdim ki, öləndə də ləyaqətlə ölmək
lazımdır.
– Mənim bütün həyatım sözlə bağlıdır, – dedim, – son
nəfəsiməcən ayrılmaz yoldaşım olan sözlə.
O, tapançanı cəld aşağı salıb dedi:
– Deməli, siz keşişsiniz!