Page 71 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 71
Ernst Orvil
başına yalançı tac hörəndə cinayətkarlar üçün bu, bir arzuya,
eyni zamanda peşələrinin etirafına çevrilir. Amma cinayət
böyük ola bilməz; o yalnız qəzet səhifələrində böyük olur.
Dünyada oğru kimi yaşamaqdan rüsvayçı heç nə ola bilməz.
– Siz niyə dediniz ki, məndə tapança var?
– Böyrümə nəyinsə dirəndiyini hiss etdim.
– O, mənim baş barmağım idi.
İkimiz də güldük, hərə öz tərzində. Elə bil bir az isti oldu,
mənsə qalstuksuz qalmışdım.
Biz altı il sonra liftdə rastlaşdıq. O, liftçi işləyirdi, əynində
uniforma vardı. Tutqun, yağışlı-çiskinli bir gün idi. Həmin səhər
mən bir topa qalstukun içində eşələnib, ən parlağını tapmağa
çalışmışdım. İndi o, qalstuka heyranlıqla baxırdı.
– İstəyirsiz onu sizə verim? – soruşdum.
– Başa düşmürəm, siz niyə onu mənə verməlisiniz?
– Siz bəyəm məni tanımırsınız?
– Mən sizi tanıyıram.
– Beşinci mərtəbəyə, – dedim.
– Buyurun.
O, mənim kabinədən çıxmağımı gözlədi.
– Siz qəzetdə bu gecə baş vermiş ağlasığmaz qarət barədə
oxumusunuz? – soruşdum. 71
– Oğurluq axmaq peşədir, əsl kişiyə yaraşmaz. Ancaq bu
mətbuat ki var, romantikanı ondan əsər-əlamət olmayan
yerdə axtarmaqla cinayətkarlığın artmasına səbəb olur.
O, öz uniformasının çiyinlərini düzəltdi.
– Qəzetlər bizim ölkədə qarət olunmuş hər bir seyfin
ətrafında romantik ab-hava yaradır. Mən nə danışdığımı
bilirəm. Bu, insanlığa qarşı ən böyük cinayətdir və bunun
günahkarı mətbuatdır. Az və ya çox dərəcədə.
Öz mənasız söhbətləriylə o, məni, demək olar ki, küncə
qısnamışdı. Deyirdi, nadürüst olmaq axmaq işdir. Bizim hər
birimizin içinə bünövrədən qoyulan müsbət şeyləri ört-basdır
etmək ağılsızlıqdır. Hər bir cinayət əməli onu törədənin dar
düşüncəsindən irəli gəlir.