Page 70 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 70
XX əsrin Norveç hekayələri
– Ağlınızı başınıza yığın və tapançanızı mənə verin.
– Məndə heç bir tapança yoxdur.
İkimiz də güldük, hərçənd əminliyimiz yetərincə deyildi,
çünki hər birimiz qarşısındakının elementar düşüncədən xali
olduğuna məəttəl qalmışdıq.
– Siz məndən pul qopartmaq istəyirdiniz, bu isə çox sarsaq
hərəkətdir, – mən uzanmış sükutu pozmaq üçün dedim.
– Mən sadəcə olaraq, sizin qalstukunuzu almaq istəyirdim, –
dedi, – onu siz özünüz mənə vəd etmişdiniz.
– Qalstuku alacaqsınız. Deyin görüm, həbsxanada nə
qədər yatmısınız?
– Bir gecə.
– Elə də çox deyil.
– Sərxoşluğa görə bundan çox vermirlər.
– Siz axı təkcə sərxoşluğa görə düşməmisiniz ora, elə
deyil? – artıq yol verdiyim səhvlərin bolluğu ucbatından bir
qədər çaşqın halda soruşdum.
– Hə, elədir.
Neynək, bundan betər də ola bilərdi. Şükür ki, yanıl -
mamışam: hər halda, o, həbsxanada yatmışdı. Belə məlum
oldu ki, açıq anbarlardan, sahibsiz mənzillərdən xırda oğurluğa
70 görə dəfələrlə həbs olunub. Bir sözlə, bu sahədə sıravi
zəhmətkeş idi.
İzah edəndə ki, bütün bunların günahkarı həmin əməllərə
romantik parıltı qatan mətbuatdır, o, solğun payız səması kimi
dərhal sustalıb ruhdan düşdü.
Mən elə hissiyyatla danışırdım ki, boğazımı qəhər
tutmuşdu, axırda hətta danışmağıma mane olan qalstuku da
boynumdan çıxartdım.
Zırıldadığını görəndə başa düşdüm ki, artıq qalstukumu
əldə edib.
Mənsə danışmağıma ara vermirdim, deyirdim şəhərdə on
minlərlə adam var ki, istəsəydilər seyfləri ustalıqla qırardılar.
Amma o adamlar başa düşür ki, bu hərəkət onları öz
gözlərində alçaldardı. Qəzetlər hansısa böyük cinayətkarın