Page 75 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 75

Aksel Sandemuse

             Düz üç il havalı kimi gəzdi. Dahiyanə qətl planı işləyib ha -
          zır l ayırdı. Annelizanı və bəxtəvər fırıldaqçını öldürmək üçün
          ona yaxın plan hazırladı. O qədər mükəmməl planlar idi ki,
          onları peşəkar qatillərə satıb, xeyli pul qazana, yaxud istəsə,
          qətl məsələləri üzrə məsləhətçi işləyib, şad-xürrəm, firavan
          yaşaya bilərdi. Amma, təəssüf ki, pulu başından aşırdı. Pulu-
          nun çox olması da ona əzab verirdi. Ümumiyyətlə, hər şey onu
          qıcıqlandırır, əziyyət verirdi. Yoxsul olsaydı, öz-özünə deyərdi:
          “Hə də, Anneliza varlı kələkbaza qoşulub qaçıb, çünki mən
          kasıbam”.
             Amma axı o, kasıb deyildi. Heç nədən korluq çəkmirdi,
          qazancı da öz yerində. Elədir, hara çəksən də, Konradseni yox-
          sul adlandırmaq olmazdı. Deməli, adi bir faktı etiraf etmək
          qalırdı: Anneliza onu tərk edib, çünki o fırıldaqçı bank işçisi
          cavandır, yaraşıqlıdır, Konradsen isə saqqallı Şaxta Babaya
          oxşayır, vəssalam.
             Amma vaxt vardı ki, özünə hörmət qoyan qırxyaşlı kişilərin
          burun pərələri və qulaqlarının içi tüklü olardı, saqqalları
          qurşaqlarına çatardı, tülkü quyruğunu xatırladan saçlarını
          külək oynadardı. İşbaz bank işçisi isə, əlbəttə, üz-gözünü tər-
          təmiz qırxırdı, çünki ülgüc ixtira olunanda onun heç bığ yeri
          də tərləməmişdi. Məlum olduğu kimi, ülgücü amerikalılar ix-  75
          tira etmişdi. Gərək Kolumba imkan verməyəydilər, Amerikanı
          kəşf etsin. Onda ülgüc və buna bənzər mənasız şeylər kefimizi
          pozmazdı. Şəxsən mən fikirləşirəm ki, Amerikanı kəşf etmək
          lazım deyildi, kraliça İzabella Kolumbun səyahətini maliyyə -
          ləşdirməklə böyük səhvə yol verib. Əlbəttə, sonrakı peş -
          mançılıq fayda verməz. Amma yenə də Yosef Konradsen
          tez-tez ürəyində Kolumbu söyüb-yamanlayır, ən çox isə öz
          taleyinə lənətlər yağdırırdı. Halbuki ülgücü ixtira etməyi və ya
          Minnesotanı (yeri gəlmişkən, 1927-ci ildə orada yalınayaq bir
          balerinayla tanış olmuşdum) kəşf etməyi Kolumb heç ağlına
          da gətirmirdi.
             Kolumbu, ülgücü, balerinanı, tarixi səhvləri bir kənara
          qoyub, zavallı Yosef Konradsenin iztirabları haqqında söhbə -
   70   71   72   73   74   75   76   77   78   79   80