Page 77 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 77
Aksel Sandemuse
başdan çıxaran baldırlarıyla öyünə bilməyəcək, nazlı yeri -
şindən, duruşundan əsər-əlamət qalmayacaq. Hə! O, hər gün
bir az da yaşlanır. Belə fikirləşdikcə, dərin bir məmnunluq hiss
edirdi. “Sənin altmış yaşın olacaq, əzizim, onda ördək kimi
yanını basa-basa yeriyəcəksən. Sənə bu da azdır. Ha-ha!”
Bütün bunları düşünüb-daşındıqdan sonra Konradsenin
kefi kökəldi, o hətta Milad bayramını da qeyd etməyə başladı.
Materialist olduğu üçün əvvəllər Milad günlərində bayram et-
mirdi. Əlbəttə, əqidəsini dəyişməmişdi, amma iş burasındadır
ki, Anneliza Milad axşamı doğulmuşdu. Əslində, burada qeyri-
adi heç nə yox idi. Şimal yarımkürəsində uşaqlar ən çox dekabr
ayında dünyaya gəlir: təbii ki, baharöncəsi insanın həyat ener -
jisi aşıb-daşmağa başlayır. Anneliza məhz Milad axşamı
dünyaya gəlmişdi. Konradsen üçün bu, ilin ən vacib günü idi,
aylarla bu günün intizarını çəkir, qabaqcadan həzz alırdı – axı
Milad axşamı Anneliza bir yaş da qocalırdı. Özü də bunun
qarşısını almaqda aciz idi.
Yosef Konradsenin evində xadimə işləyən Fru Halvorsen
sahibin Milad bayramına hazırlaşdığını görəndə fikirləşdi ki, o
ya təzəcə eşqə düşüb, ya da ağlı çaşıb. Bunların heç biri ona
əl vermirdi, çünki sərt prinsipləri olan xanım idi. Özünə hörmət
qoyan ərli qadın idi, özü də qonşu evdə yaşayırdı. Belə rahat 77
idi, odur ki, işini itirmək istəmirdi. Amma digər tərəfdən,
eşqdən dəli-divanə olmuş və ya ağlını itirmiş adamın evində
işləməyi də özünə sığışdırmırdı. O yalnız abırlı insanların
evində yır-yığış eləyirdi.
Hələ Milad bayramına çox vardı, amma Konradsen evə
qəribə şeylər daşıyıb gətirirdi. Şkafları mer-meyvə və çaxır
şüşələri ilə doldurmuşdu. Hətta bir dəfə fru Halvorsen eşitdi
ki, o, dodağının altında nəsə mızıldanır. İki gün sonra təəc -
cübdən fru Halvorsenin ağzı açıla qaldı, çörək bıçağını əlindən
saldı: cənab Konradsen mahnı oxuyurdu. Əslində, bunu mahnı
adlandırmaq olmazdı, amma onun özünə elə gəlirdi ki, oxuyur.
Zəbur surəsini oxusaydı, yenə dərd yarıydı – axı bayram axşamı
idi, – o isə mətləbə dəxli olmayan şeylər oxuyurdu: