Page 76 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 76
XX əsrin Norveç hekayələri
timizə davam edək. O, Annelizanı heç cür unuda bilmirdi. Düz
üç il onunla birgə yaşamışdı, amma bununla da təsəlli
tapmırdı. “Ağırtaxtalı, boy-buxunlu, qətiyyətli, varlı-hallı
adamlar üçün həmişə ümid yeri var” kimi mülahizələr
qulağına girmirdi. O, Annelizanı yadından çıxara bilmirdi.
Qadın onun gözlərinin önündən çəkilmirdi, bu isə o qədər də
könülaçan hal deyildi, çünki dələduz bank işçisini də həmişə
sevdiyi qadının yanında görürdü. Anneliza qırxyaşlı əri üçün
həmişə ləzzətli tikə olmuşdu, indi isə onun ləzzətini başqası
dadırdı. O, təhlükəli bir qadın tipini təmsil edirdi – ona gözəl
də demək olardı, çirkin də. Daha doğrusu,başa düşmək ol-
murdu ki, o, gözəldir, yoxsa çirkin? Gözəldir? Allah bilir.
Çirkindir? Bunu kim sübut eləyə bilər? Adətən, səfeh qadınlar
soruşurlar: “Səncə, mən gözələm?” Kişi bu suala cavab verə
bilirsə, deməli, onu sevmir. Anneliza od parçasıydı, Yosef Kon-
radsenin həyatında qısaqapanmaydı, şirin ürəkağrısıydı. Kon-
radsen ümid edirdi ki (müəyyən tərəddüdlər keçirsə də), gün
gələcək, mütləq o alçaq işbazın dərsini verəcək.
Beləliklə, Yosef Konradsen cəhənnəm əzabı çəkirdi. Axı o,
taleyə boyun əymək, yamanlığa qarşı yaxşılıq etmək fikrində
deyildi. O, cəhənnəm əzabı çəkə-çəkə, öz qocalığı, şərəfsiz
76 işbaza könül vermiş Annelizanın cavanlığı haqqında fikirləşirdi.
Nicatverici ideya da məhz bu gərgin fikirlərdən doğdu.
Gözəl günlərdən birində Yosef Konradsenin ağlına parlaq bir
fikir gəldi: Anneliza həmişə cavan qalmayacaq. İlbəil yaşının
üstünə yaş gəlir, qocalır.
Bu fikir təzə oyuncaq kimi pardaxlı, gözəl idi. Bundan sonra
Konradsen xeyli sakitləşdi. Gör nə qədər vaxt keçib! Düz üç
ildir ki, Anneliza o məkrli işbaza qoşulub qaçıb, özünü də rüs-
vay eləyib, onu da.
“Hm, – Konradsen əlini-əlinə sürtdü, – Anneliza ildən ilə
yaşlanır. Aha! Gün gələcək, ölməyib sağ qalsa, altmış yaşı ola-
caq”. Qətl planlarının hamısını bir kənara qoydu. Qoy Anneliza
üz-gözünü qırış basmış, arıq-quru, beli əyilmiş qarı olsun,
bunun nə demək olduğunu bilsin. Ha-ha! Onda o, kişiləri