Page 79 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 79
Aksel Sandemuse
sen çox istərdi ki, dünyada yazılan şeirlərin hamısı pozğun
şeirlər olsun. Amma təəssüf ki, çoxları ağıllı şeirlərə üstünlük
verir…
O, heç nə deməsə də, bədbin xəyallara daldı: “Yox, yox,
nəsə düzgün deyil”. Aşırmanı divardan asıb, yatağına girdi.
İllər keçdi. Konradsen əvvəlki həyatına davam edirdi.
Görünür, fru Halvorsen insanları pis tanımır – ilk təəssüratı
onu aldatmamışdı. Cənab Konradsen, doğrudan da, ciddi və
hörmətəlayiq adam idi.
Milad bayramından sonra tez-tez görmək olardı ki, Kon-
radsen masa arxasında oturub, əlində karandaş, məsələ-misal
həll edir. Çətin məsələ deyildi, həm də əvvəllər onu dəfələrlə
həll etmişdi. Təxminən, aşağıdakı məzmunda idi: əgər adam
1880-ci ildə doğulubsa, 1915-ci ildə onun neçə yaşı olacaq?
Sonuncu rəqəm, təbii ki, ildən ilə dəyişirdi.
O, əlində karandaş, oturub sayır, vurub-çıxırdı. Bu zaman
özünü elə göstərirdi ki, guya çətin məsələ həll edir. Bu işdən
zövq alırdı. Hətta bəzən hiyləyə də əl atırdı: qəsdən səhvə yol
verir, sonra qayıdıb yenidən sayır, hesablama aparırdı. Amma
bütün hörmətəlayiq adamlar kimi, heç vaxt geri çəkilmir,
düzgün cavabı tapana qədər səy göstərirdi. Aldığı cavabın
altından qalın, qara xətt çəkirdi. “Aha, 35” – deyir, səliqəli, 79
gözəl xətlə yazmağa başlayırdı: 20+3+12=35, sonra yenə:
“Aha! – mızıldanırdı, – biz evlənəndə 20 yaşı vardı, 3 il evli
olduq, on iki ildir ki, məlun işbaza qoşulub qaçıb. Deməli, indi
35 yaşı var. Elə də cavan deyilsən, Anneliza. İllər öz işini görür!”
O, Milad bayramını intiqam bayramı kimi qeyd eləyirdi.
Fru Halvorsen artıq narahat olmurdu, fikirləşirdi ki, hər şey
qaydasındadır, ədəb qaydalarına riayət olunan bütün evlərdə
olduğu kimi. Çünki cənab Konradsen vurulmamış, ağlını
itirməmişdi, üstəlik, sən demə, Tanrıya inanırmış. Yoxsa heç
vaxt qadın onun evində axıracan işləməzdi. O vaxtdan etibarən
qadın Konradsenin haqqında yalnız xoş sözlər danışırdı.
Oxucunun özü də hesablaya bilər: 1940-cı ildə Yosef Konrad -
sen, nəhayət, çoxdan arzuladığı rəqəmə qovuşdu: 20+3+37 = 60.