Page 84 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 84
XX əsrin Norveç hekayələri
Hədəfdən yayınmışdı! Özünü bağışlaya bilmirdi. Nolsun ki,
lülənin ucu qırov bağlayıb? Baxmayaraq ki, yaralıdır, indi üç
pəncəsinin üstündə qaçıb aradan çıxacaq. Axı bu qanmaz ayı
niyə ona cumurdu? Özünü niyə belə aparırdı? Axı başqa ayılar
fərqli hərəkət edir. Bu isə açıq ərazidə, günün-günortaçağı Hal-
dor İversenə hücum çəkmişdi. Ayı özü günahkardır, ağlı
olsaydı, güllə yeməzdi!
Haldor buz üzərindəki qan izlərinə baxa-baxa xizəklə asta-
asta gedirdi. Əksər ovçular kimi heyvanı yaralamaqdan xoşu
gəlmirdi. Qırx iki yaşı vardı, ömrünün on dörd ilini ovçuluğa
həsr etmişdi, amma çox nadir hallarda başına belə iş gəlmişdi.
Məsələn, bir-iki dəfə suiti yaralamışdı, onda da qar günəş
şüaları altında parıldayıb gözlərini qamaşdırmış, dəqiq nişan
ala bilməmişdi. Cəhənnəm olsun suiti! Bəs ayı? Axı bu hey-
vanla döyüşdə indiyədək bir gülləsi də boşa çıxmayıb. Ancaq
“boşa çıxmayıb” demək də, əslində, düzgün olmazdı. Bəzən
ayı gecənin zülmətində, həyasızcasına daxmanın yan-
yörəsində vurnuxurdu, sanki zəhmli ruhdur, zalım balasını
görmək də olmurdu. Belə hallarda, Haldorun gülləsi boşa çıxa
bilərdi. Amma atmağa məcbursan, çünki ayı gecə gəlir, nəhəng
bədəni ilə daxmaya bir zərbə vursa, uçurub-dağıdacaq, başını
84 soxmağa bir yer tapmayacaqsan. Əlac yoxdur, bəxtə-bəxt
atırsan! Günün işıqlı vaxtında isə arxayınsan, rahat nişan alıb
vurursan, əminsən ki, güllə ora dəyib ayını yerə sərəcək. “Ora”
deyəndə, boynunun ardını, yaxud qoltuğunu nəzərdə tutu-
ram, şəraitə baxır! Çox nadir hallarda, görəndə ki, ayı birbaş
üstünə gəlir, sinəsini nişan alırsan. Əmin olanda ki, güllə
hədəfə dəyəcək, tətiyi çəkirsən.
Bu, ovçunun şərəf və ləyaqət kodeksinin yazılmamış
qanunlarından biridir, Şimalda yaşayan bütün ovçular ona
ciddi əməl edir, yəni heyvanın imkan daxilində ağrı çəkmədən
ölmək hüququnu tanıyırlar. Sözün düzü, məsələ heç də şərəf
və ləyaqət kodeksində deyil. Ovçu elə atır ki, güllə heyvanın
dərisini korlamasın. Bu isə yüksək peşəkarlıqla bağlıdır. Başqa
sözlərlə desək, pinəçi ayaqqabı tikəndə, qıyıqla hər deşiyi aç-
mazdan əvvəl götür-qoy edir ki, dəriyə xələl gəlməsin.