Page 89 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 89

Yun Gever

          buzlaqların qarşısından keçib düz Makkenza burnuna tərəf,
          yəni dünən ayı ilə qarşılaşdığı və onu yaraladığı yerə aparırdı.
             Qəribədir! Yəqin, bu, elə həmin ayıdır. Deməli, on kilo -
          metrlərlə yol gedib, sonra böyük dövrə vurub və əvvəlki
          nöqtəyə qayıdıb. Ehtimal etmək olardı ki, ayı güllə yarası aldığı
          yerdən uzaq duracaq və şərqə, dənizə tərəf gedib haradasa
          gizlənəcək. Ancaq görünür, bu ayı öz həmtaylarından qeyri-
          adiliyi ilə fərqlənir. Yaralı ayının, necə deyərlər, hadisə yerinə,
          lənətə gəlmiş Makkenza burnunun yaxınlığına qayıtmasına nə
          ad vermək olar?
             Haldor gördüklərinə məəttəl qalıb qan izi ilə buruna tərəf
          yollandı. Sıldırım qayalı sahili diqqətlə nəzərdən keçirdi, ayıdan
          əsər-əlamət yox idi.
             Xizəyi burada qoyub aramla irəliləməyə başladı. Tüfəngi
          çiynindən çıxarıb əlində hazır tutmuşdu ki, qəfildən basqına
          məruz qalsa, qoruna bilsin. Deyəsən, məhz indi bu tapma -
          canın cavabını tapmışdı. Cavab isə onu qorxudurdu. Qanlı
          ləpirlərin saldığı iz birbaş körfəzin sahilinə – buz divarlara
          aparırdı.
             Körfəzin sahilindəki buz divarlar nə deməkdir? Külək,
          sualtı axın buzları sahilə qovur, buz parçaları bir-birinə toxunub
          okean dalğaları kimi şahə qalxır, elə bu vəziyyətdə də donub-  89
          qalır. Güclü külək iri buz parçalarını qalayaraq bir neçə metr
          hündürlüyündə buz divar hörür. Bu, möhkəm, keçilməz qala
          divarlarını xatırladır.
             Haldor ayını buz təpəciyinin altında tapdı. Büzüşüb sanki
          yuxuya getmişdi. Ancaq yatmamışdı. Qanına qəltan olmuşdu.
          Ayı ölmüşdü.
             – İlahi, özün kömək ol! – Haldor dilləndi. – İndi başa
          düşdüm. Anladım ki, niyə üstümə gəlirdin. Yenidən bura
          qayıtmağının da səbəbi mənə agah oldu. Ay yazıq!
             Donub ölmüş heyvanın qucağında körpə balası vardı, Hal-
          dora baxıb qorxa-qorxa fınxırırdı.
             – Sən bir bu balaca şeytana bax! – Haldor nəvazişlə dillə -
          nib körpə ayı balasını sakitləşdirdi. – Zavallı körpə, çox təəssüf
   84   85   86   87   88   89   90   91   92   93   94