Page 90 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 90
XX əsrin Norveç hekayələri
ki, belə alındı. Ancaq Qrenlandiyada hərdən belə şeylər olur.
Özü də təkcə Qrenlandiyada yox! Başa düşürsən? Çox
acınacaqlı haldır, amma nə edəsən?
Əlini ehmalca ayı balasına uzatdı. Çarəsiz körpə öz balaca
dişləri ilə onun barmağından yapışdı. Amma dişləri iti idi. İsti
qanın dadını duyan ayı balası onu acgözlüklə yalamağa
başladı.
Haldor gülümsündü.
– Qarnın, deyəsən, yaman acıb hə? Yaxşı, bir az yala. Belə
görürəm ki, səni yemləməli olacağam, dostum. Əgər Haldor
İversenin evində yaşamaq istəyirsənsə, konservləşdirilmiş
südə alışmalısan. İndi sənin, necə deyərlər, atalığın mən olaca -
ğam. Bağışla, səni narahat edib isti yerindən ayırmalıyam. Belə
gözəlçəni burada buraxıb getmək olar? Ay-ay-ay, şeytan!
Atalığını hələ bir dişləyirsən də?
Haldor ayı balasına “Dəcəl” adını verdi. Balaca idi, amma
qısa zamanda iki yeşik qatılaşdırılmış südün axırına çıxdı, indi
isə Haldor nə verirdisə, acgözlüklə içəri ötürürdü. Belə iştaha
ilə “Dəcəl” adı bir-birinə heç uyğun gəlmirdi. Ona görə də, Hal-
dor ona təzə ad qoydu: “Nadinc”.
90 Hərdən Haldor körpə ayıya başqa ləqəblər də fikirləşib
tapırdı. Ancaq bu, ovçunun əhvali-ruhiyyəsindən asılı idi. Əgər
Nadinc nəyisə dağıdıb daxmanı pis günə qoyurdusa, Haldor
onun ləqəbini söyüşlə əvəz edirdi. Amma elə hallar da olurdu
ki, ovçu təzə dostuna əzizləyici, könüloxşayan ləqəblər verirdi.
Bu isə qütb dairəsi arxasında yaşayan adamlara xas cəhət
deyil. Çünki Nadinc yaxşı oğlan və etibarlı dost idi.
Avqust gəldi. Günlərin birində, ovçu Haldor İversen doğma
Tromsönün Şkipperqat küçəsində peyda oldu. Boynuna ip
bağlanmış nəhəng ayı onun arxasınca gəlirdi. Şəhər sakinləri
tez-tez bu mənzərəni, yəni insanla ayının birgə yürüşünü
görmüşdülər. Adamlar belə hesab edirdilər ki, insanla vəhşi
heyvanın dostluğu təhlükəli olsa da, çox gözəldir, qəlbləri
riqqətə gətirir.