Page 95 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 95
Yuxan Borgen
Atası birdən lap bərkdən qışqırır:
– Necə dedin,“xırda məsələ”? Arvadım olmasaydın, on-
larla əlbir olduğunu düşünərdim.
– Əlbir? Kiminlə? Heç nə başa düşmürəm...
– Xeyr, əzizim, özünü bilməzliyə qoyma, kimi nəzərdə
tutduğumu yaxşı anlayırsan. Mənim kimi, sən də onun Yensen
olduğunu bilirsən. Ondan başqa, heç kim belə bir şey eləyə
bilməzdi və sən də mənim kimi bunu onun qəsdən elədiyini
yaxşı bilirsən, bəli, qəsdən! Amma mən ona göstərəcəm, özün
görəcəksən... ona göstərəcəm!
– Axı əzizim, biz səninlə bunu da müzakirə eləmişik. Elə
məsələnin məğzi də burdadı. Yensen nəyə görə belə bir şey
eləməlidi? Və ümumiyyətlə... Yensenlər ailəsi bura bir qədər
əvvəl köçüb. Biz onlarla heç tanış da deyilik...
– Elə məsələ də ondadı da! Təzə köçüblər. Məsələnin kökü
burdadı. İndicə sənin də tamamilə haqlı olaraq dediyin kimi,
biz onlarla tanış deyilik. Bütün məsələ bundadı. Onların
barəsində heç bir şey bilmirik, kimdilər, hardan gəliblər...
Birdən-birə bizim qəsəbədə peyda oldular və elə o saat da ev
aldılar. Onların kim olduğunu heç kim bilmir. Bizim qəsəbə
sovetinə ayaqlarını da basmırlar. Görünür, cənab Yensen 95
özünü çox ağıllı hesab eləyir, qəsəbənin işləri onu maraq -
landırmır (“Bax indi dirijor çubuğunu aşağı endirdi – deyə Mar-
ianna fikirləşir, – ayaqlarından bəllidi. Anamınsa səsində bir
yorğunluq hiss olunur”).
– Çox mənasız söhbətdi. Axı sən özün dəfələrlə, bəlkə də,
yüz dəfə demisən ki, əzik, maşının sol tərəfdən arxa
qapısındadı. Maşın isə elə dayanıb ki, heç kim – nə Yensen, nə
də bir başqası o tərəfdən əzə bilməz. Bununçün cinayətkar
gərək gizlicə qaraja girəydi.
– Bəli! – atası bu sözdən yapışır. – Bax özün deyirsən, giz -
licə girməliydi. Məhz gizlicə! Axı sənə deyirəm, bunu qəsdən
eləyib, qəs-dən! Yəqin ki, xəlvətcə qaraja girib, sonra da işini
görüb, vəssalam! Gecə qara, cücə qara. “Taran” – qədim za-