Page 97 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 97
Yuxan Borgen
vaxtıdı! Güzəşt olmayacaq! Doqquz aprel təkrar olmayacaq!
1
Bütün qəsəbə soveti mənim tərəfimdədi. Biz mülki müdafiə
təşkil edəcəyik.
– Gecələr keşik çəkəcəksiniz?
– Bəli, növbə ilə. Səncə, bu, artıq işdi? Hesab eləyirsən ki,
belə bir iş üçün gecə yuxusuna haram qatmağa dəyməz? Hə,
belə görürəm ki, öz evimdə məni dəstəkləyən olmayacaq.
Nolar, adam yaxınlarının ona münasibətini bilməlidi, hər
halda, nə gözlədiyini bilməlidi.
Amma atası artıq gözləmirdi. Elə hey ya harasa can atır, ya
da yerindəcə donub-qalırdı. Onun ayaqları əvvəlcə getmək
istədi – Marianna bunu görürdü, – sonra isə istəmədi. Nəha -
yət, ayaqlar getdilər. Marianna atasının ayaqlarını yaxşı tanıyır.
Anasının “bu işdə bir iş var” dediyini də eşidir. Sonra anasının
da ayaqları tərpənir, amma əks tərəfə, pəncərəyə sarı gedir
və orada dayanır. Anasının ayaqlarından görünür ki, o, öz-
özünə danışır.
Birdən gözlənilməz bir hadisə oldu. Atası yenicə getmişdi
ki (Marianna onun bağçadakı çınqılların üstü ilə addımladığını
eşidirdi. Addım səsi çəpərin o üzündə, maşının yanında kəsildi.
Marianna başa düşdü ki, atası dayanıb maşına, qapının üstün - 97
dəki əziyə baxır. Bir də anasının otaqda, pəncərənin qarşısında
donub-qaldığını gördü. Anası pəncərədən maşınına baxan
atasını seyr edirdi), Marianna siçan kimi ciyildəyib masanın
altından çıxdı. Anası güllə dəymiş kimi yerindən sıçrayıb geri
döndü, alnını qırışdırdı. Hə, siçan gərək ciyildəməyəydi.
– Bayaqdan orda oturmusan?
– Çoxdan burdayam. Siz gəlməmişdən girmişdim bura.
Anası yenidən pəncərəyə tərəf dönüb ərinə baxdı. O isə
gözünü qəfildən maşından çəkib ona baxırdı. Onda anası
baxışlarını qaçırdı. Pəncərədən aralanıb dedi:
– Bu işdə bir iş var.
1 1940-cı il aprelin 9-da faşist Almaniyasının Norveçi işğal etməsi nəzərdə tu-
tulur.