Page 93 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 93

Yuxan Borgen



                                  Əzik


                  arianna qonaq otağında masanın altında oturub.
             MAltı yaşlı qızın dik burnu, kürən, qıvrım saçları var.
          Masanın üstünə salınmış süfrənin saçaqları aşağı elə sal lanıb
          ki, masanın altında oturub otaqda danışılanlara qulaq asa-asa,
          rahatca iplərini çıxarmaq olar.
             Atasıyla anası Mariannanı görmürlər, süfrə onu gizlədir. Bu
          gün onlar nəsə çox gərgindirlər. Gah otururlar, gah da otaqda
          var-gəl edir, elə hey danışır, danışırlar. Marianna valideyn -
          lərinin ayaqlarını görür, o ayaqlar gah bir yerdə dayanır, gah
          otaqda gəzişirlər. Və təbii ki, qızcığaz valideynlərinin hər
          sözünü eşidir; istəsə də, istəməsə də. O isə bunu istəyir. Qız
          masanın altına qəsdən, danışılanları dinləmək üçün girmirdi,
          yox, sadəcə olaraq, orada oturmaq xoşuna gəlirdi. Gizlənmək
          Mariannaya zövq verir. O, dəfələrlə belə eləyib və valideyn -
          lərinə qulaq asıb. Amma onları nadir hallarda belə gərgin
          görmək olar. Əgər mümkün olsaydı, Marianna iki cüt ayağın
          mətbəxdən bura gəlməsindən dərhal sonra qonaq otağından
          sivişib çıxardı. Valideynləri, xüsusən də atası elə qışqırır ki,  93
          qulaqları batır. Amma daha gecdi, masanın altından çıxa
          bilməz. Onların qonaq otağındakı danışığına qulaq asdıqca,
          mavi gözlərini daha geniş açır. İndi əlləri ilə süfrənin saçaq l a -
          rını dartışdırmır, barmaqlarını həyəcanla sıxıb-açır, sıxır, yenə
          açır. Əlbəttə, siçan kimi ciyildəyib “Yox, bu, oyun deyil” demək
          olar. Balaca olanda həmişə belə eləyərdi. İndi isə Mariannanın
          altı yaşı var və siçan kimi ciyildəmək lazım olmadığını o özü də
          başa düşürdü. Xoş açılan səhərlər var, bəd açılanı var. Altıillik
          uzun ömründə Marianna bunu dərindən mənimsəmişdi.
             Əvvəlcə anası danışır. Sonra atası. Yenə də anası. Yenə də
          atası. Sonra isə ya ikisi də birdən danışır, ya da birdən susurlar.
          Onda Marianna ürəyinin necə döyündüyünü eşidir. Valideyn -
          ləri nə qədər çox danışırlarsa, onun ürəyi də daha bərk və
          daha tez-tez döyünür. Onların bu səsi eşitməməsi, həqiqətən,
   88   89   90   91   92   93   94   95   96   97   98