Page 91 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 91
Yun Gever
Bundan başqa, Tromsö sakinləri öz aralarında danışırdılar
ki, öz “dostlarını” pula satan ovçular sərxoş olub yıxılana qədər
içirlər. Bəs bu qarışıq dünyada ayını satmayıb hara dürtəsən?
Bəlkə, güllə ilə dərisini deşik-deşik edib iki min krondan əlini
üzəsən? Səfeh fikirdir!
Haldor İversen kimi dəmir iradəli adamların öz sevimli
heyvanını satanda ağladığını indiyə qədər kimsə eşitməyib.
Heç Haldorun göz yaşı tökməsini də heç kim xatırlamır.
Amma o ağladı.
91