Page 87 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 87
Yun Gever
azından yarım saat keçməlidir. Yalnız bundan sonra yun
corabları soyunub donmuş barmaqlarını ovuşdura bilərsən –
ağrı keçəcək, hissiyyatın bərpa olacaq.
Şimal sakinlərinin gündəlik məişət qayğılarından iki
səbəbə görə ətraflı söhbət açılır: birincisi, oxucunu məlumat -
landırmaq üçün, ikincisi və ən başlıcası isə, Haldorun monolo-
qunu daha yaxşı anlamaqdan ötrü. O, harada olmağından, yol
getməyindən, oturmağından, uzanmağından asılı olmayaraq,
daim öz-özü ilə danışır. Məsələ burasındadır ki, bu xüsusiyyət
qütb dairəsi arxasında yaşayanlara xas deyil, halbuki onlardan
da belə şey gözləmək olar. Elə Haldorun özü də qaradinməzdir.
– Bir qram da ağlın yoxdur! – çırtıltı ilə yanan ocağı tənbeh
etdi.
Daşlaşmış qara çörəyi “tərs heyvan”, sağ ayağından
çıxardığı yun corabı isə “ağılsız qoyun” adlandırdı. Daxmadakı
bütün əşyalara yavaş-yavaş ləqəb qoydu. Lakin buradakı
əşyaları barmaqla saymaq olardı, ona görə də eyni əşyaya bir
neçə ləqəb verdi. Amma fikrini yayındırmaq istəsə də, heç nə
alınmırdı: yaralı ayının hara qeyb olduğunu düşünür, rahat ola
bilmirdi.
Düşünməyin ki, Haldor sentimental adamdır. Ovçu belə
hisslərə qapıla bilməz. Mərhəmət hissi ona yaddır, ovladığı 87
heyvana yazığı gələ bilməz.
Ancaq Haldoru yaralı ayının aqibəti çox narahat edirdi.
Ovçunun qəlbində bu cəsarətli heyvana rəğbət hissi baş
qaldırmışdı. İndi ayı, yəqin, ağrı çəkə-çəkə, inildəyə-inildəyə
buz təpəciklərin arası ilə sürünür. Bəlkə də, xeyli qan itirib.
Belə vəziyyətdə ölsəydi, bəlkə də, canı tez qurtarardı, əzab
çəkməzdi. Amma ola bilər ki, bir müddət ağrıdan qıvrıla-qıvrıla
yaşasın, sonra yarası sağalsın. Bir pəncəsi şikəst qalmış ayının
həyatı necə ola bilər? Haldor bunu düşündükcə ürəyindən
qara qanlar axırdı.
Haldor, nəhayət, yataq kisəsinin içinə girdi. Gecədən xeyli
keçmiş qəlyanı kənara qoyub lampanı söndürdü, ağlına belə
bir fikir gəldi: izi tutub Makkenza burnuna tərəf, axıra qədər,