Page 85 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 85
Yun Gever
Haldor qanın iz saldığı cığıra baxanda dilxor oldu. Buz -
laqların arası ilə gedirdi, bəzən də buz təpəciklərini aşmalı
olurdu, tələsirdi. Axı əyripəncə indi iztirab çəkir, ağrıdan
qıvrılır. Ona görə də vaxt itirmədən yaralı ayını tapmaq, başına
qurğuşun güllə sıxmaq lazımdır.
Hava getdikcə qaralırdı. Ayılar qeyri-adi dərəcədə dözüm-
lüdür, bir güllə ilə onların axırına çıxmaq, demək olar ki,
mümkün deyil. Yaralı ayı isə çox təhlükəlidir, xüsusən də günün
qaranlıq çağında, özü də buz təpəciklərinin arasında. Tüfəngi
çiyninə salıb tələsik addımlayan, təngnəfəs olub hərdən ayaq
saxlayaraq ətrafdakı sükuta qulaq verən, sonra şaxtalı havanı
ciyərlərinə çəkib yenidən yoluna davam edən ovçu üçün yaralı
ayı ikiqat təhlükəlidir. Kimsə zəmanət verə bilməz ki, bu an ayı
ilə üzbəüz çıxsan, atdığın güllə hədəfə dəyəcək.
Haldor dayandı. Ürəyinin səsini dinləməyə başladı. Tüfəngi
əlinə alıb yoxlamaq üçün nişangahla bir neçə hədəfi nişan aldı.
Lülənin ucundakı qara arpacığı artıq aydın görə bilmirdi. Hava
tamam qaraldı. Həinki atəş açmaq, hətta irəliləmək də
çətinləşdi. Ağ qar və yaşıla çalan buzun fonunda sıx buzlaqların
arasında gizlənmiş ayının sarımtıl dərisini görməyə bilərdi.
– Lənətə gələsən! – Haldor deyindi, hətta ayının ünvanına 85
bir-iki söyüş də yağdırdı. Bərk əsəbiləşmişdi.
Haldor torpaq cığırla qalxıb kraliça Sofya vadisindəki
daxmasına çatanda zülmətdən göz-gözü görmürdü. Bəli,
coğrafiya xəritəsində bu vadi belə adlanır. Haldor özü isə bura
“Zibil vadisi” adını vermişdi. Səbəbi də bu idi ki, külək özü ilə
qar və gil dənəcikləri gətirib daxmanın ətrafına səpirdi, Haldor
isə bu qarı əridib içir, suyundan qəhvə dəmləyir, şorba bişirir,
bəzən də yuyunmaq üçün istifadə edirdi. Təbiətin işinə bax!
Kraliça Sofyanın adı verilmiş vadidə donuztək gil qarışmış qar-
dan yararlanmağa məcbursan. Belə də iş olar? Çirklənmiş su
içirsən, qəhvə dəmləyirsən, qum dənəcikləri də bahalı protez
dişlər taxdığın ağzında xırçıldayır! Ona görə də əlahəzrət
kraliçanı təhqir edərək vadinin adını özü üçün dəyişmişdi. Eh,