Page 101 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 101
Yuxan Borgen
fikrindən keçirir. Qız televizor ekranından düşən mavi parıltını
görür və televizorun qarşısındakı insanların susaraq nə
düşündüklərini də eşidir. Yenə də fikrindən keçirir: “Yayda, hə,
yayda, o istidə yatanda atam bir dəfə də mənə yaxınlaşmadı.
Adyalımı düzəldib “öskür görüm” demədi. Heç boğazıma bax-
maq üçün qaşığı ağzıma soxmadı da. Anam dilimə o cür
baxmağı bacarmır. Atam mənə üzməyi də öyrədəcəkdi. Mən
isə üzməyi özüm öyrəndim”.
Qız alaqaranlıqda dayanıb bərkdən dedi:
– Hə, mən üzməyi özüm öyrəndim. Atam isə, yəqin, qaşığı
maşının ağzına soxdu.
Marianna yola çıxdı, sonra oranjereyaya tərəf döndü.
Oranın pəncərəsində əks olunan günəş şüası başqa rəngə
çalırdı. Orada bağban yaşayır. Guya o, gecələr mahnı oxuyur -
muş. Marianna sahədən keçərək işığa tərəf gedir. Deyilənə
görə, bağban skripkada çalır və onun skripkası Amerikada
pəncərədən yıxılan bir qız üçün ağlayır. Marianna işığa tərəf
gedir. Pəncərədən yıxılan həmin o qız indi Amerikada yaşayır.
Valideynlərinin bir əzikdən ötrü maşına yazıqları gəlir. Bəs
yayda Mariannanın boğazında ağrı yox idi? Maşına yazıqları
gəlir. Atasının da, anasının da yazığı gəlir. Anası axı bayaq 101
atasına dedi ki, bunu Yensen eləyib. Yəni əslində, o özü dedi
ki, guya Yensenin elədiyini ona Evelina deyib. Qoy indi Evelina
ağlasın. Marianna öldü. O, Amerikadadı.
Amma Marianna heç də ölmədi. Artıq oranjereyadan geri
qayıdır və öz-özünə ağlayır. Arxasınca isə bağbanın evindən
skripkanın hönkürtüsü eşidilir. Ölü Marianna evi dolaşır, ona
çox soyuqdu. Qaranlıqda o qədər gəzib ki, üşüyüb və acıb,
evlərin arasında isə hava çox qaranlıqdı. O, öz evinə girmək
istəyir. Amma sakit: kimsə gəlir. Atasıdı. Qaranlığın gizlətdiyi
Marianna atasının evdən çıxıb küçə fənərinin işığında
maşınına baxmasına tamaşa eləyir. Sonra atası qaranlığa qərq
olur, tələsik addımlarla gedir. Cib fənərini yandırıb nazik işıq
şüasıyla qaranlığı yarır.