Page 106 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 106
XX əsrin Norveç hekayələri
Lotereya bileti
atar dayanar-dayanmaz hamıdan əvvəl özünü vaqon-
Qdan bayıra atdı və çiyinlərini eynən soyuq duşdan
sonra olduğu kimi silkələyə-silkələyə cəld addımlarla çıxışa
tərəf yönəldi. Ötən bazar gününün təəssüratı gecə kabusları
kimi hələ də onu izləyirdi. Bununla belə, qarşılaşdığı tanış
sifətlərə qayğısızca gülümsəyirdi. Belə tanış sifətlər isə az dey-
ildi. Artıq neçə illərdi ki, Paul Ulsen tozsoran, paltaryuyan
maşın, soyuducu reklam və elanları ilə sahil boyunca səfər
eləyirdi. Onun xasiyyəti yüz mil ətrafda hamıya bəlli idi. Ciddi
məşq elətdirdiyi gur səslə sinədən gülməsi onun xoş əhvali-
ruhiyyəsindən xəbər verirdi. İşini yoxlamağa getdiyi satış
agentləri öz kontorlarında onun gülüşünü eşidəndə, adətən,
özlərini çəkib oturmağa çalışırdılar. “Həyatsevər Paul Ulsen.”
Onun heç də az tipik olmayan başqa ləqəbləri də vardı, amma
hamısı ümumi bir etiket altında birləşirdi – sonsuz optimist.
Paul Ulsen nazik, mötəbər qovluğunu qoltuğuna vurub
küçə ilə gedəndə tanımayanlar onu ortatonnajlı gəmi sahibi
106 zənn edirdilər.
Boyu çox da hündür deyildi, əvəzində hamar, ensiz çiyin -
ləri belə bədən quruluşlu adamlara xas enli, əzələli sinəsiylə
harmoniya təşkil edirdi. Əlləri, az qala, dizlərinə çatırdı. İri,
amma gözəl və cəld barmaqları olan əlləri vardı. Öz ustalığına
arxayın xizəkçinin getdiyi kimi xüsusi ritmlə yeriyirdi. Elə bil
əlləri, əzələləri, bir sözlə, bütün bədəni oxuyurdu. Paul Ulsen
küçə ilə gedəndə bütün qadınlar – yaşlısı da, cavanı da – dönüb
baxırdılar.
Burnunun altında nəsə oxuya-oxuya Paul Ulsen restorana
tərəf getdi; onu orada qardaşı gözləyirdi. Onlar əkiz idilər və
uzun illər ərzində, demək olar ki, heç ayrılmamışdılar. Ta ki,
ailə qurana qədər. O vaxtdan hər şey başqa cür oldu. Yaşlı
nəsildən onlara miras qalan vərdişdən hələ də yaxa qurtar -