Page 109 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 109
Eyvin Bolstad
idi, təkcə vaxtı yox, günü də göstərirdi və təbii ki, tam av-
tomatikdi. Kostyumu elə bil əyninə biçilmişdi. Şəhərin ən yaxşı
dərzisinə tikdirmişdi. Adətən, Maqda iltifat göstərəndə və
özünütənqidə keçəndə “uniforma” deyirdi.
Paul qəhvə sifariş etdi, ancaq qəhvə. Səhər açılandan bu,
onuncu siqaret idi ki, çəkib bitirə bilmirdi. Siqaretlə xeyli
əlləşdi, Ule isə davam etdi:
– Hə, səfərin uğurlu oldu?
– Pis olmadı, – Paul cavab verdi. – Nəsə sata bilmək üçün
əllə şir sən, vuruşursan. Gecə-gündüz qayğılar adamı əldən
salır. Bu yandan da şef xirtdəyimizə çöküb, daim qorxu için -
dəsən ki, işdən çıxaracaqlar. Atamla anam necədirlər?
– Pis deyillər, – Ule eyni tonla cavab verdi, – olmaya tozso -
ran və elektrik cihazlarının satışı bu zəmanədə yaxşı ticarətdi?
– Nə deyim, belə də. Hələ ki, köhnə mayamızın hesabına
dolanırıq, – Paul dedi, – axınla üzməyə çalışırıq, amma ən gəl -
lər çoxdu. Dalğalar şahə qalxır, sonra geri çəkilir, biz də gicəl -
lənmiş kimi ortada qalıb yaralarımızı sarıyırıq. Hərdən də
bu rul ğan çəkib aparır. Onda izin-tozun da qalmır. Sən, deyə -
sən, mənə bu nökərçilikdən yaxşı qazandığıma görə həsəd
aparırsan?
– Nə danışırsan, Paul? – qardaşı etiraz elədi. – Elə-belə, 109
ağ zım dan çıxdı. Düzünə qalsa, sənin fantastik qazancın haq -
qı n da Maqda hardansa eşitmişdi.
Bu adı eşidəndə Paulun üzündəki təbəssüm yenidən
dondu.
– Hə, əlbəttə, mənim qazancım haqqında Maqdanın həmi -
şə fantastik təsəvvürləri olub. Nə böyük xoşbəxtlik! O axı bilir
ki, məni hər dəqiqə işdən ata bilərlər. İşini yaxşı bacarmır -
sansa, səni heç nə qurtara bilməz.
– Amma sən işinin öhdəsindən yaxşı gəlirsən də, elədimi? –
qardaşı səliqəli dırnaqlarına baxaraq dedi. – Dilli-dilavərsən,
buna görə də qorxma, ömrünün sonuna kimi işləyəcəksən.
Amma mənə qalan mirasa gəlincə isə, işlər heç də yaxşı deyil.
Mən axı gəlir axtarmaq üçün avantüraya əl ata bilmərəm.
Hərçənd görürəm ki, sən məndən bu məsələdə şübhələnirsən.