Page 66 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 66
XX əsrin Norveç hekayələri
Birdən-birə təşəbbüsü əlimdən almağı xətrimə dəydi.
– Elədir, heç də bütün səhərlər gözəl olmur, – onunla
razılaşdım. – Yoxsa bu ağır günlər hardan çıxardı?
– Nə?
– Sizin çox hərəkətli qulaqlarınız var. Amma siz onları lazı -
mi yerə yönləndirməyi bacarmırsınız.
O, xırıltıyla güldü və qəzetdəki hansısa materialı heyran -
lıqla mənə göstərdi. Mən onun dabanı yeyilmiş çəkmə lərinə,
dama-dama köynəyinə baxıb dedim:
– Düzünü desəm, sizin nimdaş çəkmələriniz lap adamın
gözünə girir.
Bu, aşkar həqiqət idi. Ancaq o, cavab vermədi, məni mur-
dar snob da adlandırmadı. Əksinə, ayaqlarını bir-birinə sıxıb,
çəkmələrini gizlətdi. İntəhası, bundan ürəyim heç də açılmadı.
Bağları düyünlənmiş bu sarsaq ayaqqabılar məni əməlli-başlı
qıcıqlandırırdı.
– Bunlar sizin ev tuflilərinizdir?
– Hə, – sakitcə cavab verdi. – Mən evdən səhər tezdən
çıxmışam.
İstədim üzr istəyəm, amma fikrimdən daşındım.
– Bir halda ki evdən belə tez çıxmısınız, onda qoy sizə əlli
66 kron verim.
Razılaşmadı.
– Ondansa qalstuku götürərdim, – dedi.
– Qalstuku alacaqsınız. İnanın ki, mən onu xüsusi diqqətlə
seçmişəm. Ümumiyyətlə, bizim seçimimiz heç vaxt təsadüfi
olmur.
– Nə?
Mən hər dəfə real hadisəni ümumiləşdirməyə çalışanda
o, mütləq soruşurdu: “Nə?”
– Ümumiyyətlə, – müəyyən qənaətə gələndə mən həmişə
“ümumiyyətlə” sözünü işlədirəm, – ola bilsin, bütün cinayət -
karlıq problemlərinin radikal həlli elə budur.
Bu adamla söhbətdən ürəyim isinir, artıq açılmaqda olan
səhər qəlbimə getdikcə daha çox hərarət yayırdı.