Page 64 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 64
XX əsrin Norveç hekayələri
Ucuz meyarlar
ən onu şaxtalı səhərçağı, boş parkdakı skamyada
Moturmuş vəziyyətdə gördüm. Rəngi təzəcə ağar -
maqda olan səma kimi solğun idi.
Belə havada şəhər sanki xəcalətlə gözünü yerə dikir. Çünki
bu oyunda amansız mübarizə gedir və yaddaşda keçmiş
məğlu biyyətlər oyanır.
Xoş o adamların halına ki, işgüzar, rəvan addımlarla öz iş-
güclərinin dalınca gedirlər: bu, insana rahatlıq gətirir. Amma
heç də hamının ruha qüvvət verən iş-gücü yoxdur.
Parkdakı skamyada bir adam oturmuşdu. Mən ona tərəf
baxmırdım.
– Gördünüzmü? – məndən soruşdu.
Mən orada nə görməliydim ki? Hə, qəzetdə nəyisə.
Qəzetlərin öz sirli qüvvəsi var. Səhərdən-axşamacan baş verən
xırda hadisələr.
– Bu gecə...
– Bu gecə nə baş verib ki? – soruşdum.
– Budur, baxın.
64
Adamın dodaqlarında donub-qalan qəribə təbəssüm
qəfildən məni maraqlandırmağa başladı.
– Qəzetlər mənə həmişə bir məsələni xatırladır: nəyi
yazmağa qətiyyən lüzum yoxdur, – mən günahkarcasına
dedim.
– Siz qəzetlərə yazırsınız?
– Həm hə, həm yox.
– Bəs siz Allahdan yazırsınız?
– Allahdan da yazıram. Siz isə mənə onun barəsində
qətiyyən yazmaq lazım gəlmədiyini xatırladırsınız.
Adam yaxşı eşitmək üçün qulaqlarını nə cürsə təsirli və
qəribə şəkildə çevirməyi bacarırdı.
– Hər cümə günü mən İncilin oxunuşuna qulaq asmağa
gedirəm.