Page 59 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 59

Tarey Vesos

             – Gəl ora bir yerdə gedək, – Xalvorla Onunn təklif etdi. –
          Sizin dediklərinizə inanmasaq da...
             Knutla Siqrid öz gücsüzlüyünü başa düşüb susdular. Amma
          axı onlar olanı deyirdilər! Qabağa düşüb yenə əl-ələ tutmuş -
          dular, amma bu dəfə onları sevinc yox, küskünlük doğmalaş -
          dırmışdı.
             Çox getmək lazım gəlmədi.
             – Buradı, – Knut dedi.
             – Belə də bilirdim, – Onunn qımışdı. Dilinin ucunda
          saxladığı ən pis sözləri elə təzəcə çölə çıxarmağa hazırlaşırdı
          ki, boğazı qurudu. Çünki indi onun da gözünə nəsə göründü.
             Bu, sığın peyiniydi, əsl sığın peyini.
             Düzdü, Onunn sığın peyinini heç vaxt görməsə də, səhv
          ola bilməzdi, qarşısındakı sığın peyiniydi, vəssalam.
             – Deməli, doğruymuş, – pıçıldayıb heyrətlə arxaya qanrıldı.
             – Amma siz bizə inanmırdız! – Knutla Siqridin həyəcandan
          səsi güclə eşidilirdi.
             Uşaqlar donub-qalmışdılar. Onlar bunu gözləmirdilər.
          Xalvor barmağını peyinə toxundurdu.
             – İstidi, – dedi və bu sözdən hamı diksindi.
             Knutla Siqrid işin nə yerdə olduğunu ancaq indi başa  59
          düşüb, qorxu içində ağladılar.
             Xalvorla Onunnun da rəngi ağarmışdı. İndi daha özlərini
          böyük kimi aparmaq istəmirdilər, qorxu onların da canına
          hopmuşdu. İkisini də hıçqırıq tutdu. Amma bu hala düşmək -
          lərindən utanmırdılar.
             Göz yaşları dadlarına çatdı. Uşaqlar yüngülləşdilər. Az
          sonra qorxu tamam çəkilib getdi.
             Onda əl-ələ tutdular və elə elədilər ki, balacalar ortaya
          düşsünlər. Sonra qayanın yanından ötüb qızılı meşənin orta -
          sına, qocanın yanına qaçdılar.
             Qoca uşaqların ayaq səslərini eşidib başını qaldırdı. Ürəyini
          ağırlıq basmışdı. O, dizlərinə qulaq asdı.
             Dizləri daha əsmirdi.
   54   55   56   57   58   59   60   61   62   63   64