Page 57 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 57

Tarey Vesos

          toppuş yanaqları, bir də yalın ayaqlarıydı. Meşə get-gedə
          onları gizlədikcə həmin o sirrin cazibəsi də artırdı. Onlar sığını
          daha cidd-cəhdlə axtarırdılar. İndi həmin o qoca da onlara
          qoşulan dan sonra xülya gerçəkləşmişdi. Bir xeyli yolu
          dinməzcə qət etdilər.
             Qızılı xəzan yarpaqları günəşin şüalarından nəmlənmişdi.
          Birazdan qaya yollarını kəsdi. Qayanın arxasında elə bil nəsə
          gizlənib...
             Oyun qocanı da toruna saldı. Qığılcımlar bir-birini əvəz
          elədi. Qoca çubuğuyla qayanı göstərdi:
             – O tərəfə...
             Uşaqlar başlarını tərpətdilər. Qocanın səsi qəribəydi. Onlar
          dayanıb gözləyirdilər. Qarşılarında qaya var idi. Qoca göstəriş
          verirdi.
             – Siz ikiniz mənimlə sağa, siz də sola gedin. Hər şey sala -
          mat lıqla qurtarsa, yolun o başında görüşərik.
             Axırıncı cümlə uşaqları qorxutdu. Dedi, əgər hər şey
          salamatlıqla qurtarsa. Əgər hər şey salamatlıqla qurtarsa?
             Taxtalar havadan çəkildilər.
             Amma artıq gec idi, biri də geri qayıtmağa razı olmaya -
          caqdı.
             Xalvorla Onunn qocayla bir səmtə, Knutla Siqrid başqa  57
          səmtə getməliydi. Yaxşı ki, balacalar bir yerdə gedəcəkdilər,
          onsuz da, hələ heç nə qanmırlar. Bu fikir Xalvorla Onunnun
          ağlına bir vaxtda gəldi. Qanıb-qandırırdılar, ya yox, özləri bilər,
          amma yola düzələndə Knut Siqridə əlini uzatdı və qız sevinclə
          o əldən tutdu.
             Xalvorla Onunn qocayla getdilər. Hamı susurdu. Amma
          beş-on addım atandan sonra qoca dizi üstə yerə çökdü. Bu nə -
          di?
             Bu gün ikinci dəfəydi ki, dizləri sözünə qulaq asmırdı.
             Dizlərinin əsməsi keçib-getdi. Amma...
             Qocanın qalxmasını gözləyən oğlanların səbri daralırdı,
          amma o, eləcə oturub qalmışdı. Axır ki, əlini yelləməyə özündə
          təpər tapdı.
   52   53   54   55   56   57   58   59   60   61   62