Page 54 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 54
XX əsrin Norveç hekayələri
Onunn ürəyindəkini dilinə gətirdi:
– Bu meşədə nə desən var.
Söz hamını heyrətləndirdi, amma, doğrudan da, beləydi.
Onunn olanı demişdi.
– Hətta sığın da... – qəflətən Xalvor sözə qüvvət verdi.
Hamı elə bil diksindi. Siqrid oğlanların baxışlarından anladı ki,
yaxşısı budu, nəsə soruşmasın.
Sığın. O, kabus kimiydi – ələkeçməz, gözəgörünməz, amma
buralardaydı, bu meşədəydi. Hətta onu buralardan azca o
tərəflərdə görən də olmuşdu. O, elə bir nəhəng möcüzəydi ki,
haqqında ancaq fikirləşmək olardı, danışmaq yox. İndi hər şey
elə qəribə şəkil almışdı ki, adamın lap başı fırlanırdı.
Siqridin hövsələsi çatmadı.
– Gəlin onu tapaq, – uşaq marağı ilə təklif etdi.
Onun bu sadəlövhlüyündən oğlanlar uğunub-getdilər,
amma Siqridin halının dəyişdiyini görən kimi sakitləşdilər. Və
hirslə bir-birlərinə baxdılar.
– Yox, – Xalvor etinasız tərzdə dilləndi, – məncə, lazım
deyil.
Knut dartındı və bir göbələk də havaya uçdu.
– Bax belə, – göbələyi əzə-əzə dedi. Siqrid ona sarı baxıb
54 gülümsündü.
Knut iki barmağıyla ağcaqovağın yarpağını yerdən qaldırdı.
Qırmızı damarlı bu sarı yarpaq çox gözəl idi.
– İstəyirsən, Siqrid? – Knut qızdan cavab gözləyəndə
özündən xəbərsiz üzü nurlandı.
Amma qız belə şeyləri hələ başa düşmürdü.
– Nəyimə lazımdı? – Siqridə qəribə gəldi. Çünki hələ çox
bala caydı. Ardınca da elə ucadan güldü ki, Knutun rəngi
əlindəki yarpağın damarları kimi qızardı.
Siqrid yenə bir şey anlamadı. Üzünü oğlanlara tutub:
– Knut mənə yarpaq vermək istəyir! – dedi.
Elə bil o qızda ürək-zad yoxdu.
Əsəbdən Knutun ağlına ilk gələn bu oldu və o, yerdən
göbələk qoparıb qızın dolu dodaqlarının arasına basdı. Amma