Page 51 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 51
Tarey Vesos
Onu yerdən qalxmağa məcbur eləyən də bu idi. İndi o
daha özünü çəkmirdi. Qoy hamı görsün ki, ona bel bağlamaq
olar. Ona görə də qalxıb belini dikəltdi. O, tamam kül olmuşdu,
amma əgər ailə gözünü sənə dikibsə, küllükdən, birtəhər də
olsa, çıxmalısan. O, təzədən boy atdı. Və belini dikəldib öz
yükünün altına girdi. O, küləyin uçurduğu yarpaq kimiydi.
Doğmalarının heç nə görməyən gözlərinə baxdı. Onların
gözündə o, nəhənglər nəhəngiydi. Özlərini ona etibar edə
bilərdilər. Və ən balacanın gözündə o, başı buludlara dəyən
dağ idi.
51