Page 48 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 48

XX əsrin Norveç hekayələri

               kişiyə ünvanlanmışdı. Nils özünə belə bir ehtiramı qazan -
               mamışdı, dünən o yalnız özünü aldatmışdı.
                   Qəflətən inadla başını tərpətdi.
                   Axı bütün ağırlığı ancaq mənim çiynimə düşəcək bir evə
               gedirəm! Və mən hər çətinliyə hazıram!
                   Sonra yenə süstləşdi.
                   Əgər böyümək budursa, nə əzablıymış. Amma yenə başını
               tərpətdi və kor bir inadla yan-yörəsində oturanlara baxdı.
               Mənim onların mərhəmətinə ehtiyacım yoxdu, özlərinə
               yazıqları gəlsin.
                   Ürəyindəki sözləri onun gözündən oxuya bilmişdilər. Bu,
               onların sifətlərindən görünürdü. Odur ki, ona olan bütün
               maraqları itdi və baxışlarını ondan çəkdilər.
                   Onu üşütmə tutmuşdu.
                   Yox, o, tamam yanırdı.
                   Deməli, böyümək bu imiş, tikə-tikə bölünmək...
                   Daha Fetə az qalıb.
                   Fikirləşdi ki, doğmalarıyla görüşəcən özünü toxtatmalıdı,
               onsuz da, yazıqlar dərd içindədilər.

                   Evləri yolun düz kənarındaydı. Nils qalxıb avtobusdan
         48    düşməyə hazırlaşdı. Sürücünün kabinəsini döyməyə ehtiyac
               olmadı, özü harada dayanacağını bilirdi. Əslində, tabutun hara
               aparıldığından avtobusda olanların hamısının xəbəri vardı.
                   Qabaqda Fetin torpaqları görünürdü. Toxum səpilməmiş
               torpaqlar. Kasıb və yöndəmsiz – ona görə də ürək ağrıdan tor-
               paqlar.
                   Budu, atası onu qarşılayır. Öyrəşdiyi, vərdiş etdiyi, ona
               görə də yaddaşına həkk olunan bir mənzərə. Yox, onun atası
               ölməyib.
                   Anasıyla qardaş-bacıları yolun ağzında dayanmışdılar. Ba -
               la ca bacısı böyük avtobusu saxlatmaq üçün əlini qaldırdı. Av-
               tobus dayananda sevincək güldü. Böyük uşaqlardan hansısa
               onu dümsüklədi.
                   Nils yerə atıldı.
   43   44   45   46   47   48   49   50   51   52   53