Page 43 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 43
Tarey Vesos
bulandırırdı. Deməli, böyümək elə bu imiş. Nils bütün yolboyu
özünü gözünün qabağına gətirirdi.
Bu tabut necə də uzundu, necə də ağırdı. Nils elə bil artıq
bu tabutu çiyninə almışdı. Bax elə böyük adamın daşıdığı yük
də bu cür olur.
O, öz evlərini, torpaq sahələrini gözünün qabağına gətirdi.
Əldən düşmüş anasını, hələ qanıb-qandırmayan, boş bir
şeyə görə var səsləriylə hönkürən bacı-qardaşlarını düşündü.
Budu, indi o, çiynində atasının tabutu ilə geri, doğma -
larının yanına qayıdır. Dövrəsinə yığılıb ondan istəyəcəklər ki,
hər şey əvvəlki kimi olsun. Qarınları tox, əyinləri isti.
Hə! Nils qəfildən qəribə bir əminliklə fikirləşdi. O böyü -
yəcək, özü də çox tez. Onu tez böyüməyə hər şeyi onun üstü -
nə yıxacaq doğmaları, vəziyyət özü məcbur edəcək.
O da bütün bu yükü daşımalıdı.
Nə olsun, əgər lazımdısa...
Elə evə də buna görə qayıdıram! – düşündü.
Avtobus silkələnirdi, atılıb-düşürdü. Benzin, yağ iyi aləmi
götürmüşdü. Amma Nils daha belə şeylərə fikir vermirdi. O,
taybatay açıq qapıdan görünən doğma yurda, dördkünc tor-
paq sahələrinə baxırdı. Tək-tək evlər, böyük qəsəbələr arxada
qalırdı. Xırda komalar və əzəmətli saraylar. Meşələr. Bataq - 43
lıqlar. Və əvvəlki kimi yaxınlıqdan axan çay. Nilsin gözü qaba -
ğındaca elə bir ucdan yeni-yeni mənzərələr açılırdı. Həmin
mənzərələri o, əvvəllər də görmüşdü, amma uşağın gözləri ilə.
İndi bu mənzərələr ona öz evini xatırladırdı. Ağır yük onun
çiynindəydi.
Böyüklər hər tərəfdə iş-güclə məşğuluydular.
Gün isti gəlmişdi. Günəşin qızdırdığı nəmiş torpaqdan
buxar qalxırdı. Bütün evlərin adamları hamılıqla tarlalara
işləməyə çıxmışdı. Hər saatın öz hökmü var, əkin üçün ən mü-
nasib vaxt idi. Toxumla dolu torbalar dolub-boşalırdı. Orada-
burada yüklənmiş atlar gözə dəyirdi. Hərdən-hərdən burnuna
peyin iyi gəlirdi. Atlar, adamlar hamısı çöldəydi. Payızda bu-
ralarda təzədən taxıl və kartof yetişəcəkdi.