Page 42 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 42
XX əsrin Norveç hekayələri
Ehtiyatla bir-birlərinə baxdılar. Bu vaxt biri o birində nəsə
bir doğmalıq axtarırdı. Amma həmin o yeri tapanda belə, o
biri addımı atmağa ürək eləmirdi. Qəribə işdi. Bircə əl uzatmaq
kifayət idi ki, ehtiyac duyduğunu alasan. Amma... həmişə
olduğu kimi.
Təki bir az da qalaydı. Nils düşündü.
Cavan oğlan yerindən qalxıb dəmiri döydü. O gəlib
çatmışdı. Avtobus dayandı. Sonuncu ötəri bir baxış. Və oğlan
çıxıb getdi. Onlar bir də heç vaxt görüşməyəcəklər. Heyif. Av-
tobus yoluna davam elədi. İndi tabutla təklikdə qalan Nils çox
tənhaydı. Fit səsi və ardınca növbəti dayanacaq.
Sürücü yük olan tərəfə qışqırıb onu hayladı.
– Burda qabaq yerlər boşalıb! Düşən var...
– Çox sağ olun, burda qalsam yaxşıdı, – Nils cavab verdi.
– Özün bilən məsləhətdi, – sürücünün başı təzədən
kabinədə gizləndi. Avtobus tərpəndi. Amma görünür,
sürücüyə Nilsin sözləri təsir eləmişdi. Azca sonra bir bəhanəylə
avtobusu saxlayıb kabinədən düşdü, arxa tərəfə keçib təpiklə
vura-vura, deyəsən, təkərin bərk-boşluğunu yoxladı. Və açıq
qalmış arxa qapıdan Nilsə dedi:
– Sənin niyə burda qalmaq istədiyini mən çox gözəl başa
42
düşürəm.
Və təkərə bir təpik də vurub getdi.
Nils oturub fikrə getmişdi. Görən, sürücü nə səbəbə
ondan ötrü belə canfəşanlıq eləyir? Yan-yörədə nə dəyişib ki?
Avtobusun bu boş yük yerində nə baş verib ki?
Yox, yan-yörə dəyişməyib. Məsələ mənim özümdədi. Adi
bir toxumdan günlərin bir günü ağac əmələ gəldiyi kimi, məni
də bu səfər dəyişib başqa adam eləyib. Mənimlə hesablaşırlar.
Baxışları yan-yörəsindəki torbaları, yeşikləri gəzdi. Yaxşı ki,
burada ondan başqa adam yoxdu. Həmin o cavan oğlanın indi
onun yanında olması üçün nəyə desən razıydı. Amma əgər bu,
mümkün deyilsə, yaxşısı budu, elə yolu torbalarla, yeşiklərlə
yanaşı gedəsən. Avtobus onu oyan-buyana atırdı, ürəyini