Page 38 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 38
XX əsrin Norveç hekayələri
– Samanlıq tərəfə gedək, oradadı.
Eynən bizim evlərdəki kimidi. Nils fikirləşdi. Yaxşı ki, bu
adət buralara da gəlib çıxıb.
Qapağı tabutun üstündən götürdülər və Nils atasını gördü.
Onu vahimə basdı. Elə bil dəhşətli yuxu görürdü. Ölənin sifəti
adam rəngində deyildi. Nils bu sifəti heç vaxt unutmayacaq.
Həm də Nils gözlədiyi kimi deyildi, bu sifət azca da korlan -
mamışdı.
– Zərbə harasına dəyib?
– Belinə.
– Aydındı...
– Onurğası üç yerdən sınıb.
– Aydındı, – Nils təkrar elədi.
Ayaqlarının əsdiyini hiss eləyib fikirləşdi ki, qapağı örtsələr
yaxşıdı.
– Örtək?
– Hə.
– Nədi, birinci dəfədi ölən adam görürsən?
– Hə.
– Amma mən bu çağacan çox görmüşəm, – qoca dedi. –
38 Nə qorxusu var?
Qapağı tabutun üstünə qoyub bərkitdilər.
Nils ancaq bu vaxt özündə cürət tapıb soruşdu:
– Tabuta görə borcum nə olacaq?
Qoca qiyməti dedi. O, bu suala hazır idi.
– Mən tezliklə ödəyəcəm, – Nils dedi və fikrə getdi: görə -
sən, borc tabut istəməkdən ağır nəsə olarmı?
– Böyük sənsən?
– Hə.
– Di baxaq görək, vəziyyətdən necə çıxacaqsan.
Qoca susdu. Nilsi üşütmə tutdu. Mənə kömək elə! –
Ürəyində kişiylə danışdı, mənə toxtaqlıq ver! Bircə biləydin ki,
necə dözülməzdi...
Qoca anladı.