Page 35 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 35
Tarey Vesos
Nils düşüncələrindən ayrıldı. Azca qabaqda bir kişi velosi -
peddən düşdü.
– Ayağının altına baxmaq lazımdı. Yaxşıdı, bu dəfə bəxtin
gətirdi. Qabağına maşın çıxsaydı, necə olardı?
Sonra hirsi soyumuşdu. Gülə-gülə velosipedinə minib yo -
lu na davam elədi. Buradan birbaş yazla görüşə qaçdı. Azad quş
kimi.
Qar cəmi bir neçə günün içində əriyib yollardan qeyb
olmuşdu. Əvəzində çöl-biyaban nəmişliyi büsbütün canına
hopdurmuşdu. Haradasa kölgə yerlərdə qar topaları hələ də
təslim olmaq istəmirdi. Günəşin qızındırdığı təpələrdən
torpağın, ötənilki otların isti qoxusu gəlirdi.
Amma bu vadidə ən çox diqqəti çəkən sürətlə axan su idi.
Onun qulaqbatıran harayı hər yanı lərzəyə gətirmişdi. Vadinin
lap dibində böyük bir çay qaynayıb köpüklənirdi. Bu çay
təpələrdən axıb gələn bütün çeşmələri udurdu, amma onu bu
xırda-parayla doyurmaq...
Nils aşağı səmtə, çaya baxdı. Üzən ağac gövdələrini gördü.
Səni elə oyanlıq eləyər ki, heç gözünü açmağa da macal
tapmazsan... bir balaca əsnədinsə, bəsidi.
Diksindi. Ölü atayla görüşünə az qalırdı. Özünə yazığı gəldi.
İndi üzünə belə ciddi görkəm verməsindən nə fayda? 35
Yaxınlıqda karvansara olmadığına görə Nils rastına birinci
çıxan evə girib gecələmək üçün icazə istədi. Dedilər ki, onun
kimilər bu evdə tez-tez olur.
Nils ancaq indi başa düşdü ki, ölən adam artıq lap
yaxınlığındadı, elə bil burnuna bədbəxtliyin qoxusu dəydi. Bu
bədbəxtlik buralarda hər adamın sifətində iz salmışdı. Onu bu-
rada çox xatırlayacaqdılar. Göz-qulaqdan uzaq bu vadidə az
adam yaşayırdı, ona görə də hər insan həyatına qiymət
verməyə öyrəncəliydilər.
Nils oturdu.
Otaqdakılar onun kimliyini dərhal ayırd elədilər. Nilsi bu-
rada gözləyirdilər.