Page 34 - XX yuzilin Norvec hekay?si_Layout 1
P. 34
XX əsrin Norveç hekayələri
Nils kabinəyə qalxdı.
Benzin iyindən burun tutulurdu.
– Nədi, deyəsən, mühərrik qaydasında deyil, hə? – Nils
soruşdu. Yaman ürəyindən keçirdi ki, özünü yerin yiyəsi kimi
aparsın.
– Nə dedin?
– Heç, deyirəm yaman iy var.
Sürücü çiyinlərini çəkib maşını saxladı.
– Düş.
– Qəti mümkün deyil! Getdik.
Maşın tərpəndi. Sürücü özünü elə aparırdı ki, elə bil
maşında təkiydi. Elə Nils də özünü elə aparırdı. “Ay yetim, ay
yetimciyəz...” Ürəyində deyə-deyə durmuşdu.
Pəncərədən çölə baxırdı. Hər tərəfdə yazın gəlişi hiss olu -
nurdu. Nils narahat-narahat oyan-buyana baxırdı. Susuzluq-
dan ciyəri yanırdı.
Sürücü sürəti azaltdı.
– Budu, mən gəlib çatdım, – dedi.
– Amma mən hələ yol getməliyəm.
– Aydındı, amma mən burda dayanıram, – sürücü soyuq -
34 qanlılıqla dedi.
Maşın yerində donub-qaldı – bütün işləməyən mexanizm -
lər kimi cansız və mənasız bir şəkil aldı.
Nils özündən böyüyə təkid göstərmədi. O, mübarizəsiz
təslim oldu. Torbasını götürüb yoluna piyada davam elədi.
Böyüyün qabağında özünə nə qədər ciddi görkəm versən,
xeyri yoxdu. Çünki nə vaxtsa onların da on altı yaşı olub, sənin
ürəyindən keçənləri oxuya bilirlər.
Yol bitib-tükənmək istəmirdi. Yolüstü daha rastına maşın
çıxmadı, o biri də cibinə görə deyildi. Avtobus bir də səhər ola-
caq. Görünür, haradasa gecələmək lazım gələcək.
Bizim bəxtiqara ev-eşiyimiz necə olacaq?..
– Hara soxulursan? – yaxınından qulağına əsəbi səs gəldi.
Ardınca nəsə cingildədi.